Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib  
30.09.2026 13:51

Şri-Lankada il ərzində denqe qızdırmasına 100 mindən çox yoluxma faktı qeydə alınıb.

 

Aztibb.az www.dailymirror.lk/-a istinadla xəbər verir ki, ilin əvvəlindən bəri denge qızdırmasından 77 ölüm qeydə alınıb. Ən çox yoluxma ölkənin qərb bölgəsində baş verib. Mütəxəssislər musson mövsümündə yağışlı hava, daşqınlar və tullantıların yığılması nəticəsində ağcaqanadların çoxalması üçün əlverişli şərait yarandığını qeyd ediblər.

 

Bildirək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge xəstəliyi virus infeksiyasıdır. Əsas əlamətləri yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları olan xəstəliyin əsas daşıyıcıları “Aedes aegypti” ağcaqanadlarıdır.

 

Ümumdünya Səhiyyə Təşkilatı sürətlə yayılan denge xəstəliyini insan səhhəti üçün ən böyük təhdidlər siyahısına salıb. İndiyə qədər bu virus əleyhinə xüsusi dərman mövcud deyil. Xəstəliyin XVIII əsrdən yayılmağa başladığı güman olunur. Amma onun virus kimi yayılması XX əsrin əvvəlində müəyyən edilib.

ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
90 yaşlı alimlə MÜSAHİBƏ
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Daşkəsəndə tanınmış ginekoloq uzun sürən xəstəlikdən sonra vəfat edib
 Qobustan RMX-da mürəkkəb cərrahi əməliyyat icra olunub   
Binəqədi Tibb Mərkəzinin ümumi cərrahı Asif Qaranizadə - Həkimlərimizi tanıyaq!