Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb  
29.09.2026 15:31

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Arzu Osmanova alunit filizindən vanadium 5-oksidin çıxarılması prosesinin kimyəvi aspektləri üzrə tədqiqat işi aparıb.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tədqiqat işi alunit filizinin kompleks emalı məhsullarından vanadium birləşmələrinin selektiv ayrılması və təmiz vanadium (V) oksidin (V₂O₅) alınmasının kimyəvi qanunauyğunluqlarından bəhs edir. Tədqiqat zamanı Azərbaycanın Daşkəsən rayonunda yerləşən Zəylik alunit yatağından götürülmüş filizdən istifadə edilərək vanadiumun qələvi məhlullara keçirilməsi, konsentrasiyası və müxtəlif birləşmələr şəklində çökdürülməsi prosesləri araşdırılıb. Vanadiumun ayrılması və alınma şəraitinin optimallaşdırılması məqsədilə müasir fiziki-kimyəvi analiz üsullarından istifadə olunub, həmçinin vanadiumun adsorbsiya yolu ilə çıxarılması imkanları öyrənilib.

 

Tədqiqat nəticəsində ekoloji təhlükəsiz və effektiv texnologiyanın işlənib hazırlanmasına dair elmi-praktiki nəticələr əldə olunub.

 

Arzu Osmanova kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iddiaçıdır. Onun dissertasiya işi üzrə tədqiqatlarının nəticələri əsasında “Alüminat məhlullarından qallium və vanadium çıxarılması üsulu” adlı patent də alınıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Diabet və böyrəklər: səssiz təhlükə
Oromandibulyar distoniya nədir?