Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb  
29.09.2026 10:17

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində bu gün mina partlayışı hadisəsi baş verib.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bəxtiyar Mirzə oğlu Bayramovun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tankəleyhinə minaya düşüb. Hadisə zamanı Bəxtiyar Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.

 

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.

ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
90 yaşlı alimlə MÜSAHİBƏ
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Tanınmış şair Rüstəm Behrudi Bakı Sağlamlıq Mərkəzində olub