Köçürülən ürək “cavanlaşa” bilər  
03.10.2026 14:09

Alimlər müəyyən ediblər ki, transplantasiya edilən ürəyin bioloji yaşı onun donorunun deyil, yeni sahibinin yaşı ilə daha çox uyğunlaşa bilər.

 

Aztibb.az-ın www.scientificamerican.com-a istinadən xəbərinə görə, Harvard Universiteti və Brigham and Women’s Hospital-dan olan tədqiqatçıların apardığı araşdırmada həm siçanlar, həm də insanlarda ürək transplantasiyasından sonra orqanın bioloji yaşında dəyişikliklər müşahidə olunub.

 

Tədqiqat zamanı alimlər ürək toxumasında yaşlanma ilə əlaqəli DNT metilasiyasını və gen ifadəsini araşdırıblar. Nəticələr göstərib ki, yaşlı orqan gənc orqanizmə köçürüldükdə müəyyən mənada “cavanlaşa”, gənc ürək isə yaşlı orqanizmə yerləşdirildikdə daha sürətli qocalma əlamətləri göstərə bilər. İnsanlar üzərində aparılan 11 transplantasiya nümunəsində də oxşar nəticələr əldə edilib.

 

Alimlərin fikrincə, bu nəticələr orqanların bioloji yaşının yalnız donorun xronoloji yaşı ilə müəyyənləşmədiyini göstərir və gələcəkdə transplantasiya üçün uyğun donorların dairəsinin genişləndirilməsinə imkan yarada bilər. Bununla belə, araşdırma hələ ilkin mərhələdədir və nəticələr müstəqil elmi ekspertizadan keçməyib.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub