Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
28.09.2026 13:10

Sabunçu Tibb Mərkəzində uzun illər səhiyyə sahəsində çalışan bir qrup qocaman həkimin təqaüdə yola salınması münasibətilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Sabunçu Tibb Mərkəzindən xəbər verilib.

 

Bildirilib ki, mərkəzin direktoru Cavid Paşayev uzun illər ərzində tibb sahəsinə və pasiyentlərə göstərdikləri fədakar xidmətə görə həkimlərə dərin təşəkkürünü bildirib.

 

Direktor çıxışında həkimlərin peşəkar fəaliyyətləri dövründə pasiyentlərin sağlamlığının bərpasına verdikləri töhfələrdən, öz işlərinə məsuliyyətli və vicdanlı yanaşmalarından bəhs edib. Qeyd olunub ki, onların uzunillik peşəkar fəaliyyəti gənc həkimlər üçün dəyərli təcrübə və nümunədir.

 

Direktorun müavinləri də həkimlərə həyatlarının yeni mərhələsində möhkəm cansağlığı, ailə səadəti və uğurlar arzulayıb.

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Şəfa görmək istəyən Naftalana gəlsin   
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri