Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
28.09.2026 12:45

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından bildirilib.

 

Qeyd olunub ki, tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, "UAFA" (Azərbaycana Birgə Yardım) təşkilatının təsisçisi, Britaniya İmperiyası Ordeni kavaleri Qven Börçel (Gwendolyn Burchell MBE), Mərkəzi Gömrük Hospitalının pediatr, neonatoloq, mama-ginekoloqları və rezidentləri iştirak ediblər.

 

Tədbirin əsas məqsədi əlilliyi və xüsusi qayğıya ehtiyacı olan uşaqların, o cümlədən autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiyası, erkən uşaq inkişafı skrininqi və rəqəmsal səhiyyə həlli olan "CHED" mobil tətbiqinin tibbi praktikaya tətbiq imkanlarının müzakirəsi olub.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev iştirakçıları salamlayaraq, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının, onlar üçün icma əsaslı mərkəzlərin və reabilitasiya imkanlarının yaradılmasının vacibliyini vurğulayıb. O, erkən müdaxilə və diaqnostika prosesində pediatr, neonatoloq və mama-ginekoloqların mühüm rol oynadığını bildirib, həmçinin təqdim olunan rəqəmsal proqrama görə təşkilatçılara təşəkkürünü bildirərək proqramın rəqəmsal səhiyyə baxımından əhəmiyyətini diqqətə çatdırıb.

 

UAFA-nın nümayəndəsi Səbinə Kaymak öz təqdimatında 0-6 yaşlı uşaqlar üçün nəzərdə tutulan "CHED" mobil tətbiqinin funksional imkanları barədə ətraflı məlumat verib. Təqdimatda rəqəmsal alətin tibbi pilot layihə kimi tətbiqi, mütəxəssislərin iş prosesinə inteqrasiyası və milli protokollara uyğunlaşdırılması məsələləri əks olunub.

 

Təlimin yekununda interaktiv müzakirələr aparılıb. Müzakirələr zamanı Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr-neonatoloq Telman Aytayev, pediatr-neonatoloq-reanimatoloqlar Təranə Göyüşova və Aygün Sadıxova mobil tətbiqin praktiki istifadəsi, kliniki effektivliyi və uşaqların reabilitasiya prosesinə təsiri ilə bağlı öz suallarını, rəy və təkliflərini bildiriblər.
Tədbir sualların cavablandırılması və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə başa çatıb.



 

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub