ATU nümayəndələri Daşkənddə neyrogenetikanın gələcəyini müzakirə edən beynəlxalq konfransda  
28.09.2026 11:35

Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya kafedrasının nümayəndələri Özbəkistanın paytaxtında keçirilən beynəlxalq elmi tədbirdə Azərbaycanın müasir neyrogenetika sahəsində elmi potensialını təqdim ediblər.

 

Aztibb.az-a verilən xəbərə görə, Daşkənd şəhərində baş tutan “Müasir Neyrogenetika: Genomdan Terapiyaya” adlı Beynəlxalq Elmi-Praktik Konfransda ATU-nu Nevrologiya kafedrasının professoru Aytən Məmmədbəyli, kafedranın assistenti Mədinə Tağıyeva və dissertantı Yaqut Hüseynli təmsil edib.

 

Universitet nümayəndələri konfransın elmi proqramında fəal iştirak edərək nevrologiya və neyrogenetikanın aktual istiqamətlərinə həsr olunmuş elmi məruzələrlə çıxış ediblər.

 

Konfrans müasir neyrogenetikanın ən aktual məsələlərinin müzakirə edildiyi beynəlxalq elmi platformalardan biri kimi diqqət çəkib. Tədbirdə nevrogenetik xəstəliklərin molekulyar-genetik əsasları, müasir diaqnostika imkanları, genomik tədqiqatların nəticələrinin klinik praktikaya tətbiqi və yeni terapevtik yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Nevrologiya və neyrogenetika sahəsində aparılan araşdırmaların beynəlxalq platformalarda təqdim edilməsi, əldə olunan elmi nəticələrin müzakirəyə çıxarılması və yeni elmi əlaqələrin qurulması ATU-nun müasir tibb elminin inkişafına verdiyi töhfələrin mühüm istiqamətlərindən biridir.

 
 
 

 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə