Mərkəzi Gömrük Hospitalında elmi dərəcəsi olan mütəxəssislərlə görüş olub
25.09.2026 16:26
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə elmi dərəcəsi olan mütəxəssislərlə görüş keçirilib.
Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd klinik tədqiqatların və inkişafın dəstəklənməsi, tibb sahəsində elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və müasir elmi nailiyyətlərin praktiki təbabətə tətbiqinin müzakirəsi olub.
Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədbiri açıq elan edərək qonaqları salamlayıb. O, çıxışı zamanı Elmi-Təcrübi və Tədris Mərkəzinin fəaliyyəti, tibbi təhsilin təşkili, Bioetika Komitəsinin fəaliyyəti və klinik tədqiqatların əhəmiyyəti barədə ətraflı məlumat verib. Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov isə çıxışında qeyd olunan istiqamətlər üzrə fikirlərini bölüşüb, həkimləri klinik və elmi tədqiqatlarda daha fəal iştirak etməyə, elmi fəaliyyətlərini inkişaf etdirməyə çağırıb.
Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkimi, t.e.d. Bəxtiyar Musayev çıxış edərək görüşün təşkil edilmə məqsədinə toxunub, həkimlərin peşəkar inkişafının vacibliyini, həkimlərimizin moderator kimi çıxış etməsinin əhəmiyyətini və hospitalda region üzrə əldə olunan ilk elmi-praktiki nailiyyətləri diqqətə çatdırıb. Spikerlər bu barədə öz təcrübə və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıblar.
Eyni zamanda, Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsinin rəisi, uzman patomorfoloq Zərifə Yusifli, uzman üz-çənə cərrahı, implantoloq, Ülviyyə Məmmədova və mama-ginekoloq, t.ü.f.d. Sədi Allahverdiyev çıxış edərək mövzu ilə bağlı öz rəy və təkliflərini bildiriblər.
Tədbir çərçivəsində elmi dərəcəsi olan tibb işçilərinin potensialından istifadə olunmaqla yeni tədqiqat layihələrinin işlənilməsi, multidissiplinar elmi əməkdaşlığın qurulması, elmi məqalələrin hazırlanması və tibbi inkişaf strategiyalarının reallaşdırılması məsələləri nəzərdən keçirilib.
İnteraktiv formatda təşkil olunan görüşdə iştirakçılar klinik tədqiqatların gələcək perspektivləri, elmi-mütəxəssis şəbəkəsinin gücləndirilməsi və təcrübə mübadiləsi istiqamətində açıq diskussiya və sual-cavab sessiyasında fəal iştirak ediblər.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının bazasında 2 Əməkdar həkim, 2 tibb üzrə elmlər doktoru, 18 fəlsəfə doktoru, 19 uzman həkim, 5 doktorant, 1 akademik və 1 dosent fəaliyyət göstərir. Mərkəzi Gömrük Hospitalında elmi-praktiki mühitin inkişafına təkan verən bu kimi tədbirlər tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə və tibb elminin müasir standartlara uyğun şəkildə inkişaf etdirilməsinə mühüm töhfə verir.
Bu bölməyə aid digər xəbərlər
ABŞ-də quş qripindən ölüm faktı qeydə alınıb
25.11.2026 | 14:30
Şagirdlərə zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri izah olunub
25.11.2026 | 12:28
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
25.11.2026 | 11:44
Qusma nə zaman uşağın sağlamlığı üçün təhlükəyə çevrilir?
24.11.2026 | 14:40
Hərbi qulluqçumuz uzun sürən ağır xəstəlikdən vəfat edib
24.11.2026 | 12:02
Yanvar-oktyabr aylarında icbari tibbi sığorta ilə pasiyentlərə 84 milyon tibbi xidmət göstərilib
24.11.2026 | 11:49
Mərkəzi Gömrük Hospitalı sosial şəbəkələrdə yayılan məlumatı təkzib edib
24.11.2026 | 11:31
Aynur Səfiyeva Yaponiya Koloproktologiya Cəmiyyətinin 81-ci beynəlxalq konqresində məruzələrlə çıxış edib
24.11.2026 | 09:14
Oftalmoloq Aynurə Əkbərova Xətai Tibb Mərkəzində işə başlayıb
23.11.2026 | 16:17
Səhiyyə Nazirliyinin nümayəndələri Tbilisidə MSD Ekspertlər Şurasının iclasında iştirak ediblər
23.11.2026 | 14:28
ÇOX OXUNANLAR
ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə
23.11.2026 | 16:25
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb
21.11.2026 | 15:39
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
18.11.2026 | 14:09
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
19.11.2026 | 11:49
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
17.11.2026 | 10:42
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
21.11.2026 | 14:25
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
18.11.2026 | 11:48
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
17.11.2026 | 12:30
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
18.11.2026 | 14:42
Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub
20.11.2026 | 12:56
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
18.11.2026 | 11:42
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
18.11.2026 | 08:24
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
17.11.2026 | 13:38
Şəfa görmək istəyən Naftalana gəlsin
21.11.2026 | 11:18
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri
19.11.2026 | 11:02

