Mərkəzi Gömrük Hospitalında “Xərclərin planlaşdırılması” mövzusunda təlim keçirilib  
25.09.2026 12:17
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında əməkdaşlar üçün “Xərclərin planlaşdırılması” mövzusunda təlim keçirilib.
 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.

 

Bildirilib ki, Hospitalın Maliyyə, Mühasibatlıq, Alqı-satqı və təchizat şöbələrinin əməkdaşlarının, anbar üzrə məsul şəxslərin və tibb bacılarının iştirak etdiyi təlimin əsas məqsədi əməkdaşların xərclərin səmərəli planlaşdırılması və idarə olunması, büdcə prosesinin təşkili, eləcə də anbar idarəetməsi sahəsində biliklərinin artırılması olub.

 

Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim Bəxtiyar Musayev təlim iştirakçılarını salamlayaraq təlimin işinə uğurlar arzulayıb, eyni zamanda, xərclərin düzgün planlaşdırılmasının və maliyyə vəsaitlərindən səmərəli istifadənin Hospitalın fəaliyyətinin davamlı və effektiv təşkilində mühüm əhəmiyyət daşıdığını, eləcə də büdcə və xərclərin düzgün idarə olunmasının resurslardan səmərəli istifadəyə, iş proseslərinin daha məqsədyönlü təşkilinə və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına imkan yaratdığını bildirib.
 
Təlimin əvvəlində iştirakçıların mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə pre-test keçirilib. Təlim çərçivəsində Mərkəzi Gömrük Hospitalının Mühasibatlıq şöbəsinin baş mühasibi Seyfulla Hüseynov “Növbəti ilin büdcəsinin hazırlanması qaydaları” mövzusunda çıxış edərək büdcənin hazırlanması mərhələləri, xərclərin düzgün planlaşdırılması və büdcə göstəricilərinin müəyyənləşdirilməsi barədə ətraflı məlumat verib.
 
Daha sonra Mühasibatlıq şöbəsinin mühasibi Ramil Kərimov “Anbar idarəetməsinin əsas funksiyaları” mövzusunda təqdimatla çıxış edərək material və ehtiyatların uçotu, saxlanılması və hərəkətinin təşkili, həmçinin resurslardan səmərəli istifadə məsələlərinə toxunulub.
 
Təlim interaktiv formatda davam edib, iştirakçıların sualları cavablandırılıb və praktiki nümunələr əsasında fikir mübadiləsi aparılıb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb əməliyyat icra olunub
Bakı Sağlamlıq Mərkəzinin əməkdaşı ÜST-nin səhiyyə işçi qüvvəsinin dayanıqlılığına həsr olunmuş konfransında iştirak edir
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
ATU tələbələri üçün ödənişsiz müayinə aksiyası təşkil olunacaq  
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Elmi fəaliyyətə dair hesabatların elektronlaşması üzrə təlim