Vaxtından əvvəl doğulan körpənin bağırsağında 25 nahiyədə keçməzlik aşkarlanıb
25.09.2026 10:41

İnquşetiyanın Respublika Klinik Perinatal Mərkəzinin cərrahları bağırsağın çoxsaylı atreziyası ilə doğulan vaxtından əvvəl doğulmuş körpə üzərində səkkiz saat davam edən mürəkkəb əməliyyat keçiriblər.

 

Aztibb.az "Life" portalına istinadən yazılr ki, körpə hamiləliyin 33-cü həftəsində, 2,25 kiloqram çəki ilə dünyaya gəlib. Müayinə zamanı onun bağırsağında eyni vaxtda 25 nahiyədə keçməzlik aşkarlanıb.

Körpədə 10 tam atreziya, həmçinin bağırsağın mənfəzini bağlayan 15 membran müəyyən edilib. Cərrahlar orqanın mümkün qədər böyük hissəsini qorumaq qərarına gəlib və 10 bağırsaq anastomozu formalaşdırıblar. Nəticədə körpənin təxminən 80 santimetr nazik bağırsağını qorumaq mümkün olub.

Əməliyyatdan cəmi üç gün sonra körpədə müstəqil nəcis ifrazı başlayıb. On aylıq olarkən isə uşaq tamamilə enteral qidalanmaya, yəni süni qarışıq və əlavə qidaya keçib.

Perinatal mərkəzdə körpənin hazırkı vəziyyəti uzunmüddətli cərrahi müalicə və sonrakı reabilitasiyanın uğurlu nəticəsi kimi qiymətləndirilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb əməliyyat icra olunub
Bakı Sağlamlıq Mərkəzinin əməkdaşı ÜST-nin səhiyyə işçi qüvvəsinin dayanıqlılığına həsr olunmuş konfransında iştirak edir
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
ATU tələbələri üçün ödənişsiz müayinə aksiyası təşkil olunacaq  
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Elmi fəaliyyətə dair hesabatların elektronlaşması üzrə təlim