Kimya İnstitutunun doktorantı ECCS 2026-da elmi tədqiqatını təqdim edib  
24.09.2026 16:00

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Fiziki-Kimyəvi Analiz Mərkəzinin doktorantı Şahin Orucov onlayn keçirililən “Kataliz Elmləri üzrə 4-cü Beynəlxalq Elektron Konfrans”da (ECCS 2026) iştirak edib.

 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, o, konfransın S1 – Katalitik materiallar sessiyasında “Oksid–şpinel matrisdən qismən reduksiya olunmuş Ni–Fe domenlərinə: metanın quru reforminqi üçün Fe–Ni/Al2O3 katalizatorlarında struktur–aktivlik əlaqələri” (“From Oxide–Spinel Matrix to Partially Reduced Ni–Fe Domains: Structure–Activity Relationships in Fe–Ni/Al2O3 Catalysts for Methane Dry Reforming”) mövzusunda məruzə ilə çıxış edib.

 

Tədqiqat zamanı bu katalizatorların yüksək temperatur və hidrogen mühitində necə dəyişdiyi, həmçinin bu dəyişikliklərin onların katalitik fəaliyyətinə necə təsir etdiyi araşdırılıb.

 

Araşdırmanın nəticələri göstərib ki, katalizatorun hazırlanması və reduksiya prosesinin temperaturu onun quruluşunda və katalitik aktivliyində mühüm rol oynayır. Xüsusilə 500 °C-də aparılan hidrogen reduksiyası nəticəsində katalitik baxımdan aktiv Ni–Fe strukturları formalaşır. Eyni zamanda, bəzi ilkin quruluş elementlərinin qorunub saxlanılması katalizatorun daha stabil olmasına kömək edir.

Qeyd edək ki, sentyabrın 22-24-ü tarixlərində keçirilən “ECCS 2026” MDPI-nin “Catalysts” jurnalı tərəfindən təşkil olunur. Konfransda katalitik materiallar, ətraf mühit katalizi, fotokataliz və elektrokataliz, biokataliz, biokütlə və sənaye katalizi, eləcə də üzvi və polimer kimyasında kataliz kimi müxtəlif istiqamətlər üzrə elmi araşdırmalar təqdim olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 ATU nümayəndəsi Tailandda sərhədyanı səhiyyə üzrə beynəlxalq təlimdə Azərbaycanı uğurla təmsil edib   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında eyni gündə iki böyrək transplantasiyası