Şirvanda ana və əkiz körpələrin həyatı xilas edilib
23.09.2026 15:16

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində 38–39 həftəlik əkiz hamiləliklə müraciət edən pasiyentin doğuşu uğurla həyata keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, təbii yolla baş tutan doğuş nəticəsində 2500 qram çəkidə qız və 2330 qram çəkidə oğlan uşağı dünyaya gəlib.

 

Doğuşdan sonra anada hipotonik qanaxma baş versə də, tibb işçilərinin operativ müdaxiləsi, qan və qanəvəzedici preparatların köçürülməsi və intensiv müalicə tədbirləri nəticəsində pasiyentin vəziyyəti stabilləşib.

 

21 sentyabr tarixində ana və körpələri kafi vəziyyətdə evə buraxılıb. Hazırda onların tibbi müşahidəsi sahə həkimi tərəfindən davam etdirilir.

Bu bölməyə aid digər xəbərlər
ÇOX OXUNANLAR