İdman edərkən bədəndə bunlar baş verirsə, diqqətli olun - İdman allergiyası
24.09.2026 11:23

İdman sağlamlıq üçün mühüm əhəmiyyət daşısa da, nadir hallarda fiziki fəaliyyət ciddi allergik reaksiyaya səbəb ola bilər. Bu vəziyyət fiziki fəaliyyətin yaratdığı anafilaksiya (EIA) adlanır və ağır, hətta həyati təhlükəli allergik reaksiyadır.

Aztibb.az "Sciencefocus" nəşrinə istinadən yazır ki, mütəxəssislərin məlumatına görə, bu vəziyyət nadir rast gəlinir və daha çox yeniyetməlik və 20 yaşlarda başlayır. Qadınlarda kişilərlə müqayisədə təxminən iki dəfə çox müşahidə olunur.

Qida və idmanın birgə təsiri

Bəzi insanlarda anafilaksiya yalnız fiziki fəaliyyətlə deyil, idmandan əvvəl müəyyən qidaların qəbulu ilə birlikdə yaranır. Xüsusilə buğda, dəniz məhsulları, pomidor, qoz-fındıq və kərəviz kimi qidalar risk yarada bilər.

İbuprofen kimi iltihabəleyhinə ağrıkəsicilər, alkoqol, polenlə təmas, infeksiyalar və hormonal dəyişikliklər də reaksiyanın yaranma həddini aşağı sala bilər. İdmanın növü, intensivliyi və müddəti isə insandan insana dəyişir.

Əlamətləri necə tanımaq olar?

Reaksiya ilkin olaraq yorğunluq, bədəndə istilik və qaşınma hissi ilə başlaya bilər. Daha sonra ürtiker, şişkinlik, qarın sancısı və xırıltılı tənəffüs yarana bilər. Ağır hallarda isə huşun itirilməsi və kollaps baş verə bilər.

Ən ciddi xəbərdarlıq əlamətləri bunlardır:

boğaz və dilin şişməsi, udma çətinliyi
qəfil xırıltılı və çətin nəfəsalma
davamlı öskürək
başgicəllənmə və halsızlıq
çaşqınlıq, soyuq və nəmli dəri
huşun itirilməsi

İdman zamanı bu əlamətlərdən hər hansı biri yaranarsa, fiziki fəaliyyəti dərhal dayandırmaq və təcili tibbi yardım göstərmək vacibdir.

Diaqnoz və müalicə

Diaqnoz əsasən xəstənin şikayətləri və ətraflı tibbi tarixçəsi əsasında qoyulur. Həkim fiziki fəaliyyətdən əvvəl hansı qidaların qəbul edildiyini, ağrıkəsici istifadə olunub-olunmadığını, mövsümi faktorları və digər mümkün tətikləyiciləri qiymətləndirir. Allergiya testləri də diaqnozun dəqiqləşdirilməsinə kömək edə bilər.

Fiziki fəaliyyətin yaratdığı anafilaksiyanın hazırda məlum müalicəsi yoxdur. Lakin tətikləyici amillər müəyyən edilərək onlardan uzaq durmaqla xəstələrin əksəriyyəti idmanı təhlükəsiz şəkildə davam etdirə bilər.

Mütəxəssislər belə şəxslərə adrenalin avtomatik inyektorunu, mümkün olduqda iki ədəd olmaqla, daim yanlarında saxlamağı tövsiyə edirlər. Şübhəli qida tətikləyicidirsə, həmin qidanı qəbul etdikdən sonra ən azı 4 saat ərzində idmandan uzaq qalmaq, həmçinin alkoqol və iltihabəleyhinə ağrıkəsicilərdən çəkinmək tövsiyə olunur. Vəziyyət nəzarətə alınana qədər isti havada, yüksək polen mövsümündə və təkbaşına idman etməkdən də ehtiyatlı olmaq lazımdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub