Sağlamlıq üçün hansı daha faydalıdır? - Qazlı, yoxsa qazsız su?
24.09.2026 10:15

Qazlı və qazsız su arasında sağlamlıq baxımından böyük fərq yoxdur. Hər iki su növü orqanizmin su ehtiyacını eyni dərəcədə qarşılayır. Qazlı suda həll olmuş karbon qazı orqanizmin suyu mənimsəməsinə mane olmur.

Aztibb.az "Scinecefocus" nəşrinə istinadən yazır ki, qazlı su mədəni müvəqqəti olaraq daha çox doldura və insanın qısa müddətdə böyük miqdarda su içməsini çətinləşdirə bilər. Lakin eyni miqdarda su qəbul edildikdə nəmlənmə baxımından qazlı və qazsız su arasında fərq yoxdur.

Qazlı su zəif turşuluğa malik olduğundan nəzəri olaraq diş minasına təsir göstərə bilər. Bununla belə, bu təsir şəkərli qazlı içkilər və meyvə şirələri ilə müqayisədə xeyli zəifdir. Bu səbəbdən kola və ya şəkərli meyvə şirəsi əvəzinə qazlı su seçmək diş sağlamlığı baxımından daha məqsədəuyğundur.

Qazlı suyun həzm sisteminə təsiri ilə bağlı da bəzi araşdırmalar aparılıb. 2002-ci ildə cəmi 21 nəfərin iştirakı ilə keçirilən kiçik bir araşdırmada qazlı suyun həzmsizlik və qəbizliyin aradan qaldırılmasında qazsız sudan daha faydalı olduğu müəyyən edilib. Lakin tədqiqatın yalnız iki həftə davam etməsi nəticələrin geniş şəkildə ümumiləşdirilməsini məhdudlaşdırır.

2026-cı ildə Yaponiyanın Tsukuba Universitetində aparılan başqa bir araşdırmada isə qazlı suyun diqqət və idrak fəaliyyətinə mümkün təsiri araşdırılıb. Cəmi 14 gəncin iştirak etdiyi tədqiqatda təsir nisbətən zəif olub. Araşdırmanın qismən sərinləşdirici içki şirkəti tərəfindən maliyyələşdirilməsi və iştirakçıların hansı suyu içdiklərini bilməsi nəticələrin qiymətləndirilməsində nəzərə alınmalı məqamlardır.

Ümumilikdə, həm qazlı, həm də qazsız su sağlam seçim hesab olunur. Bu iki su növü arasındakı fərq su ilə şəkərli qazlı içkilər və ya alkoqollu içkilər arasındakı fərqlə müqayisədə olduqca kiçikdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub