Şamaxıda “Dərman vasitələri ilə davranış qaydaları” mövzusunda təlim keçirilib  
23.09.2026 10:51
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında “Dərman vasitələri ilə davranış qaydaları” mövzusunda təlim keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Şamaxı RMX-nın farmakonəzarət üzrə məsul şəxsi Şöhrət Əsədova tibb bacıları və əczaçılara dərman vasitələrinin təhlükəsiz idarəedilməsi, saxlanılması və istifadəsi ilə bağlı ətraflı məlumat verib.
 
Həmçinin dərman vasitələri ilə davranış zamanı təhlükəsizlik qaydaları, düzgün tətbiq prinsipləri, mümkün risklərin qarşısının alınması, eləcə də müasir standart əməliyyat prosedurları barədə məlumatlar diqqətə çatdırılıb.
 
Təlimin məqsədi tibb bacıları və əczaçıların dərman vasitələri ilə iş zamanı təhlükəsizlik və düzgün idarəetmə üzrə bilik və bacarıqlarının artırılması olub.
Bu bölməyə aid digər xəbərlər
ÇOX OXUNANLAR