Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə Respublika Klinik Xəstəxanasına daxil olunmuş xəstə həyata qaytarılıb
22.09.2026 11:21
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə Respublika Klinik Xəstəxanasına daxil olunmuş xəstə, həkimlərin səyi nəticəsində həyata qaytarıldı.
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinə hospitalizasiya olunan qadın pasiyentə aparılan instrumental və laborator müayinələrin nəticələrinə əsasən L51.2 – Toksik Epidermal Nekroliz (Layell sindromu) diaqnozu qoyulub.
Pasiyentin vəziyyətinin ağırlığı nəzərə alınaraq bir sıra tibb müəssisələrinə müraciət edilsə də, onun qəbulunda çətinliklər yaranıb. Nəticədə pasiyent Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunaraq burada zəruri ixtisaslaşmış tibbi yardım göstərilib.
Pasiyent 2–17 avqust tarixlərində Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində həkim-anestezioloq-reanimatoloq Nərmin Məhərrəmovanın, həmçinin Allerqologiya şöbəsinin müdiri Reyhan Paşayevanın və həkim-allerqoloq Aysel Bayramovanın birgə nəzarəti altında intensiv müalicə alıb.
Aparılan kompleks müalicə nəticəsində pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunub. 17 avqustda müalicənin növbəti mərhələsinin davam etdirilməsi məqsədilə Allerqologiya şöbəsinə köçürülən pasiyent burada Reyhan Paşayevanın və Aysel Bayramovanın nəzarəti altında 10 günlük müalicə kursu keçib.
Göstərilən kompleks və ixtisaslaşmış tibbi yardım nəticəsində pasiyentin sağlamlıq vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb və stabilləşib. 28 avqustda pasiyent ambulator müalicəni davam etdirmək üçün evə buraxılıb.
Pasiyent göstərilən yüksək ixtisaslı tibbi yardım, peşəkar yanaşma və qayğıya görə həkimlərə, eləcə də Respublika Klinik Xəstəxanasının bütün tibb personalına təşəkkürünü bildirib.
Bu bölməyə aid digər xəbərlər
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
22.09.2026 | 17:07
Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb
22.09.2026 | 17:03
Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək
22.09.2026 | 11:36
Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb
22.09.2026 | 11:30
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə Respublika Klinik Xəstəxanasına daxil olunmuş xəstə həyata qaytarılıb
22.09.2026 | 11:21
TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb
22.09.2026 | 10:32
3 yaşlı uşağın metastatik xərçəngi eksperimental müalicədən sonra tam geriləyib - CARE tədqiqatı
22.09.2026 | 10:11
Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub
21.09.2026 | 15:42
Koronar arteriyaların çoxdamarlı stenozu diaqnozu qoyulan pasiyent üzərində uğurlu aorta-koronar şuntlama əməliyyatı
21.09.2026 | 13:30
Beyin xərçənginin diaqnostikasında yeni mərhələ
20.09.2026 | 16:53
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
14.09.2026 | 15:11
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
17.09.2026 | 17:53
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
15.09.2026 | 10:05
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
16.09.2026 | 17:58
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
14.09.2026 | 17:17
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
15.09.2026 | 15:32
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər
14.09.2026 | 16:57
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
13.09.2026 | 13:14
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
15.09.2026 | 12:27
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
15.09.2026 | 14:18
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
17.09.2026 | 13:18
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib
14.09.2026 | 13:41
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
16.09.2026 | 09:48
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
15.09.2026 | 10:14
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Travmatoloq-ortopedi Ramal Həsənov
15.09.2026 | 11:46

