Gəncə Şəhər Birləşmiş Xəstəxanasında təlim: “Tibb işçilərinin peşəkar davranış qaydaları”  
27.09.2026 10:12
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında (ŞBX) tibb işçilərinin peşəkar fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Tibb işçilərinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Gəncə ŞBX-nin Tibb bacıları şöbəsinin müdiri Güney Əzizova tərəfindən təşkil olunan təlimdə xəstəxananın tabeliyində olan tibb müəssisələrinin baş tibb bacıları iştirak edib.
 
Təlim zamanı pasiyentlərlə düzgün ünsiyyət qurulması, tibbi etika və deontologiya prinsiplərinə riayət olunması, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində vacib məqamlar müzakirə edilib. İştirakçılara peşəkar davranış qaydalarının tibbi xidmətin ayrılmaz bir hissəsi olduğu vurğulanıb.
 
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
 Şirvan Şəhər Mərkəzi Xəstəxanasında daha bir lor əməliyyatı uğurla icra olunub   
90 yaşlı alimlə MÜSAHİBƏ
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
Tanınmış şair Rüstəm Behrudi Bakı Sağlamlıq Mərkəzində olub