Ölkəmiz İspaniyada keçirilən Avropa Respirator Cəmiyyətinin Beynəlxalq Konqresində təmsil olunub
21.09.2026 16:29

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun əməkdaşları və dissertantları İspaniyanın Barselona şəhərində keçirilən Avropa Respirator Cəmiyyətinin Beynəlxalq Konqresində ölkəmizi uğurla təmsil ediblər.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, dünyanın müxtəlif ölkələrindən tənəffüs sistemi xəstəlikləri üzrə aparıcı mütəxəssislərin, alimlərin, tədqiqatçıların və səhiyyə sahəsində çalışan peşəkarların bir araya gəldiyi mötəbər elmi tədbirdə İnstitutun nümayəndələri pulmonologiya, respirator xəstəliklərin müasir diaqnostikası, müalicəsi və elmi-tədqiqat istiqamətləri üzrə aktual mövzuların müzakirəsində iştirak ediblər.

 

Konqres çərçivəsində nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun əməkdaşları və dissertantları tərəfindən elmi məruzələr və təqdimatlar nümayiş etdirilib, aparılan elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb.

 

İnstitutun nümayəndə heyətinə baş direktorun müalicə işləri üzrə müavini Gülzar Əliyeva rəhbərlik edib.

 

Beynəlxalq konqresdə iştirak İnstitutun elmi və praktiki fəaliyyətinin beynəlxalq platformalarda təqdim olunması, qabaqcıl təcrübələrin öyrənilməsi, xarici həmkarlarla elmi əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətli olmuşdur.

 

Tədbir çərçivəsində keçirilən elmi sessiyalar, panel müzakirələri və praktiki təqdimatlar zamanı respirator xəstəliklərin müasir müalicə yanaşmaları, innovativ diaqnostika üsulları və elmi tədqiqatların nəticələri ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.


ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub