ATU əməkdaşı Rusiyada beynəlxalq uşaq cərrahiyyəsi konfransında iştirak edib
21.09.2026 11:32

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı Rusiyanın Stavropol şəhərində keçirilən “Şimali Qafqazda uşaq yaşlarda cərrahiyyənin, onkologiyanın, anesteziologiya və reanimatologiyanın aktual məsələləri” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib. 

 

ATU-dan Aztibb.az-a bildirilib ki, universitetinin Usaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov konfransın Təşkilat Komitəsinin üzvü olmaqla yanaşı, beynəlxalq tədbirdə çıxış edib. O, konfransın əhəmiyyətindən, elmi və praktiki əməkdaşlığın genişləndirilməsindən, eləcə də Rusiya-Azərbaycan dostluq münasibətlərindən danışıb.

 

Altı ölkədən aparıcı alimlər, səhiyyə nümayəndələri və praktik həkimlərin qatıldığı tədbirdə uşaq cərrahiyyəsi, onkologiya, ortopediya, travmatologiya və reanimatologiyanın aktual məsələləri müzakirə olunub. 

 

Konfrans çərçivəsində iştirakçılara müasir cərrahi texnologiyalar real vaxt rejimində nümayiş etdirilib, yaraların müalicəsi və patoloji çapıqların korreksiyası üzrə master-klasslar keçirilib. Mürəkkəb cərrahiyyələrin planlaşdırılmasında süni intellekt və 3D texnologiyalarının tətbiqi də əsas müzakirə mövzularından olub. 

 

Tədbirin son günündə nadir və mürəkkəb klinik hallar interaktiv formatda təhlil edilib, həkimlər simulyator və biomodellər üzərində praktiki bacarıqlarını təkmilləşdiriblər.

 
 
 

 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib