Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri Londonda beynəlxalq tədbirdə çıxış ediblər
18.09.2026 11:58
11–15 sentyabr 2026-cı il tarixlərində London şəhərində Katarakt və Refraktiv Cərrahlar Avropa Cəmiyyətinin (ESCRS) 44-cü Avropa Konqresi keçirilib.
 
Azərbaycan oftalmoloqlarının beynəlxalq səviyyəli elmi tədbirdə iştirakı ölkəmizdə oftalmologiya sahəsində aparılan elmi və klinik fəaliyyətin beynəlxalq platformalarda təqdim olunması, təcrübə mübadiləsinin genişləndirilməsi və peşəkar əlaqələrin inkişafı baxımından əhəmiyyətli olub.
 
Konqresdə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri – Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Elmi Katibi Dr. Ceyhun Nəzərli, t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Sona İbrahimova, t.ü.f.d. Aygün Səfərova, t.ü.f.d. Fidan Ağayeva, Dr. Vüsalə Məlikova, Dr. Sidiqə Əliyeva, Dr. Ləman Əsqərova, Dr. Humay Bayramova, Dr. Sevda Hümmətova, Dr. Gövhər Əliyeva, Dr. Tərlan Əliyeva, Dr. Lala Saidova, Dr. İnarə Hacı, Dr. Günel Xalıqverdiyeva, Dr. Fatma Maayeva və Dr. Fidan Nağıyeva iştirak ediblər.
 
Bu barədə Aztibb.az-a Azərbaycan Oftalmoloqlar Cəmiyyətindən məlumat verilib.
 
Bildirilib ki, konqres çərçivəsində Azərbaycan oftalmoloqları elmi məruzə və e-poster təqdimatları ilə də çıxış ediblər.
Sevda Hümmətova – “Getting It Right In A Microphthalmic Eye With Two Intraocular Lenses And Retinal Detachment” mövzusunda məruzə ilə çıxış edib. Sidiqə Əliyeva – “Early Changes In Eyes of Keratoconus Patients” mövzusunda e-poster təqdim edib.
 
Eləcə də İnarə Hacı və Lala Saidova – “Adjunctive subconjunctival dexamethasone in severe traumatic corneal ulcer complicated by endophthalmitis: a case report” adlı e-poster təqdim ediblər.
Xumar İbrahimova isə “Phacoemulsification in Small Pupils: Bimanual Pupil Stretching” mövzusunda Clinical Cases bölməsində e-poster təqdim edib.
ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Diabetlilər üçün qida seçimləri
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir  
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” 
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir