ABŞ-nin Pensilvaniya ştatında son 35 ildə ilk dəfə olaraq qızılca xəstəliyi nəticəsində ölüm halları qeydə alınıb.
Aztibb.az www.reuters.com-a istinadla bildirir ki, xəstəliyin əsas ocağı Lankaster dairəsində yerləşir. Hakimiyyət orqanları immunizasiya kampaniyalarını və ictimai səhiyyə sahəsində maarifləndirmə işlərini fəallaşdırıb.
Ölkədə ilin əvvəlindən qızılcaya yoluxanların sayı 731 nəfər təşkil edib, eyni zamanda yalnız son iki gün ərzində 38 yeni hal qeydə alınıb, dörd nəfər həyatını itirib. Hazırda qızılcaya yoluxmuş 141 pasiyent xəstəxanaya yerləşdirilib.
Həyatını itirən dörd nəfər arasında Lankaster dairəsindən iki körpə, Mifflin dairəsindən 18 yaşlı sakin və Cefferson dairəsindən 40 yaşlı qadın var. Hamısı avqust ayında həyatını itirib.
ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 10 sentyabr 2026-cı il tarixinə ölkədə 3294 təsdiqlənmiş qızılca halı qeydə alınıb.

