Azərbaycanlı həkim ümumdünya konqresində iki məruzə ilə çıxış edib  
17.09.2026 16:04

Türkiyənin İstanbul şəhərində Otorinolarinqologiya və Baş-Boyun Cərrahiyyəsi üzrə XXIII Ümumdünya Konqresi  keçirilib.

 

Müasir otorinolarinqologiya, estetik və rekonstruktiv burun cərrahiyyəsinin aktual problemlərinə həsr olunan konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Otorinolarinqologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev iki beynəlxalq elmi sessiyada sədr, bir sessiyada moderator kimi iştirak edib.

 

Bu barədə Aztibb.az-a ADHTİ-dən xəbər verilib.

 

Bildirilib ki, bununla yanaşı, Azərbaycanı təmsil edən alim konqresdə pediatrik pasiyentlərdə qoruyucu ekstrakorporal estetik septoplastika və revizion rinoplastika, eləcə də əyri burun deformasiyalarının cərrahi korreksiyasında tətbiq edilən innovativ yanaşmalar mövzularında təqdimatla çıxış edib. 

 

Məruzədə uşaqlarda ağır septal deviasiyalar, uğursuz septoplastika əməliyyatlarından sonra yarana bilən fəsadlar və onların aradan qaldırılmasına yönəlmiş müasir cərrahi yanaşmalar, xüsusilə burun arakəsməsinin böyümə mərkəzlərinin qorunması, əməliyyatdan sonrakı burun deformasiyalarının, burun belinin çökməsinin və burun ucunun aşağı düşməsinin qarşısının alınması məsələləri diqqət mərkəzində olub. Təqdimatda 6-15 yaşlı 54 pediatrik xəstə üzərində aparılmış klinik müşahidələrin nəticələri, cərrahi metodikanın əsas mərhələləri və uzunmüddətli izləmə göstəriciləri konqres iştirakçılarının diqqətinə çatdırılıb.

 

Dosent  Məzahir Quliyevin hər iki məruzəsi konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, təqdim olunan innovativ cərrahi yanaşmalar ətrafında fikir mübadiləsi və elmi müzakirələr aparılıb.

 

ADHTİ əməkdaşının dünyanın ən böyük otorinolarinqoloji elmi platformalarından biri olan IFOS Ümumdünya Konqresində iki elmi məruzə ilə çıxış etməsi, iki sessiyaya sədrlik və bir sessiyaya moderatorluq etməsi institutun elmi potensialının, Azərbaycan otorinolarinqologiyasının və ölkəmizdə hazırlanmış innovativ cərrahi metodikaların beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
Diabetlilər üçün qida seçimləri
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir  
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” 
İnfarkt riskini 10 il əvvəldən proqnozlaşdıran model hazırlanıb - 80%-dən yüksək dəqiqliklə