675 nəfər narkotik asılılığından müalicə alır  
14.09.2026 15:48

Hazırda Azərbaycanda narkotik asılılığından əziyyət çəkən 675 nəfər metadonla əvəzedici müalicə proqramına cəlb olunub.

 

Aztibb.az xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib ki, müalicə üç məntəqədə həyata keçirilir. Respublika Narkoloji Mərkəzində 262, QİÇS-lə Mübarizə Mərkəzində 290, Sumqayıt Narkoloji Mərkəzində isə 123 nəfər müalicə alır.

 

Məlumata görə, bu ilin yanvar-avqust aylarında bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən 62 227 nəfər Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə yönləndirilib.

 

Həmin şəxslərdən 4 397 nəfər narkotik vasitələrdən istifadənin müəyyənləşdirilməsi məqsədilə tibbi müayinədən keçirilib. Müayinələrin nəticələrinə əsasən, 2 173 nəfərin narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunub.

 

Bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin edilib.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Qazaxda ana və körpənin həyatı xilas edilib
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Diabetlilər üçün qida seçimləri