Qidalanma saatı beynin işini dəyişir - Qadınlar üzərində araşdırma
14.09.2026 12:35

ABŞ-da aparılan kiçik randomizə edilmiş tədqiqatda 47 artıq çəkili və ya piylənməsi olan postmenopauza dövründə qadın müşahidə edilib. İştirakçılar gündəlik qida qəbulunu 500 kalori azaltmaqla iki qrupa bölünüb.

Aztibb.az "The Epoch Times" portalına istinadən yazır ki, birinci qrup qidalanmanı 12 saatlıq müddətdə, ikinci qrup isə daha erkən saatlarda 9 saat və ya daha az müddətdə həyata keçirib. İkinci qrupun əksəriyyəti qidalanmanı təxminən 8 saat ərzində tamamlayıb və sonuncu yeməyi yatmazdan təxminən 4 saat əvvəl qəbul edib.

Altı aydan sonra hər iki qrup təxminən eyni miqdarda çəki itirib. Lakin koqnitiv funksiyalarda yaxşılaşma yalnız qida qəbulunu vaxt baxımından məhdudlaşdıran qrupda müşahidə olunub. Bu iştirakçılarda problem həlli və planlaşdırma kimi icraedici funksiyalar, həmçinin yaddaş və öyrənmə qabiliyyəti yaxşılaşıb. Reaksiya sürəti, çoxfunksiyalı fəaliyyət və yuxu keyfiyyətində isə əhəmiyyətli dəyişiklik qeydə alınmayıb.

Tədqiqatçılar nəticələrin mümkün səbəblərindən birinin sirkadiyalı ritmlə əlaqəli olduğunu düşünürlər. Orqanizmin bioloji saatı qidalanmanın vaxtından da təsirlənir. Mütəxəssislərin fikrincə, qida qəbulunun günün daha erkən saatlarına keçirilməsi və gec saatlarda yeməkdən çəkinmək beyin sağlamlığı üçün daha faydalı ola bilər.

Bununla belə, alimlər vurğulayırlar ki, qida qəbulunun müddətini azaltmaq sağlam və balanslı qidalanmanı əvəz etmir. Tərəvəz, meyvə, tam taxıllar və balıq kimi faydalı məhsulların üstünlük təşkil etdiyi qidalanma, şəkər və ultraişlənmiş məhsulların məhdudlaşdırılması vacib olaraq qalır.

Tədqiqatın müəllifləri nəticələrin ilkin xarakter daşıdığını və qidalanma vaxtının beyin fəaliyyətinə təsir mexanizmlərinin daha geniş araşdırmalarda öyrənilməsinin vacibliyini bildirirlər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Qazaxda ana və körpənin həyatı xilas edilib
Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb