Sumqayıtda Uşaq Xəstəxanasında son 10 gündə üç mürəkkəb əməliyyat icra olunub
13.09.2026 12:42

Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasında son 10 gün ərzində üç azyaşlı pasiyent üzərində mürəkkəb cərrahi əməliyyatlar icra olunub.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, uzman uşaq cərrahı Araz Hüseynov tərəfindən yenidoğulmuş körpələrdən birində diafraqmal yırtıq, digərində isə anal atreziya ilə əlaqədar əməliyyat aparılıb. Digər cərrahi müdaxilə isə hipospadiyanın ağır forması – penoskrotal hipospadiya diaqnozu təyin olunmuş azyaşlı üzərində icra edilib.

 

Diafraqmal yırtıq qarın boşluğundakı orqanların diafraqmadakı qüsur vasitəsilə döş qəfəsinə keçməsi ilə xarakterizə olunan və yenidoğulmuşlarda tənəffüsə ciddi təsir göstərə bilən anadangəlmə patologiyadır. Anal atreziya düz bağırsaq və anal dəliyin inkişaf qüsuru ilə xarakterizə olunan anadangəlmə patologiyadır. Penoskrotal hipospadiya isə sidik kanalının xarici dəliyinin normal anatomik mövqedən aşağıda, penis ilə xayalıq arasındakı nahiyədə yerləşdiyi hipospadiyanın ağır formalarından biridir.

 

Qeyd olunan patologiyaların hər biri xüsusi cərrahi yanaşma, dəqiqlik və peşəkarlıq tələb edir. Əməliyyatlar uğurla başa çatdırılıb. Hazırda azyaşlı pasiyentlərin vəziyyəti həkimlərin nəzarətindədir.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Qazaxda ana və körpənin həyatı xilas edilib
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Meninqokok - Həkim bu infeksiyaya qarşı ən həssas qrup barədə xəbərdarlıq edib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub