Vaxtında müdaxilə ilə bir aylıq körpə orqan itkisindən xilas edildi
12.09.2026 08:15

Mərkəzi Klinikanın peşəkar uşaq cərrahı və uroloqu Günel Əmiraslanova tərəfindən cəmi 1 aylıq körpə üzərində həyati əhəmiyyət kəsb edən mürəkkəb cərrahi əməliyyat uğurla həyata keçirilib.

Aztibb.az xəbər verir ki, böyrəyini itirmək riski ilə üz-üzə qalan, çəkisi cəmi 4 kiloqram olan qız uşağında aparılan müayinələr zamanı şiddətli böyrək genişlənməsi aşkar edilib. Vəziyyətin kritikliyini nəzərə alan cərrah və komandası körpəni təxirəsalınmaz şəkildə əməliyyata alıb.

Müdaxilə zamanı orqanın fəaliyyətini təhlükə altına qoyan və kəskin genişlənməyə səbəb olan üreteropelvik dar seqment xaric edilib və sidiyin təbii axarı bərpa olunub (pyeloplastika əməliyyatı).

Əməliyyat uğurla nəticələnib. Vaxtında və peşəkar müdaxilə sayəsində böyrəyi tam xilas edilən azyaşlı pasiyent risklərdən uzaq, tam sağlam şəkildə ailəsi ilə birlikdə yaşadığı rayona yola salınıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib