ATU-nun epileptologiya sahəsində tədqiqatları Afinada beynəlxalq elmi ictimaiyyətə təqdim olunub
11.09.2026 12:34

Azərbaycan Tibb Universitetinin (ATU) epileptologiya sahəsində apardığı elmi tədqiqatların nəticələri Afinada keçirilən 16-cı Avropa Epilepsiya Konqresində (16th European Epilepsy Congress) beynəlxalq elmi ictimaiyyətə təqdim olunub. 

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Epileptologiya üzrə dünyanın aparıcı elmi platformalarından biri olan konqresdə Azərbaycan Tibb Universitetini Nevrologiya kafedrasının dosenti, Epilepsiya Əleyhinə Beynəlxalq Liqanın (International League Against Epilepsy – ILAE) Azərbaycan bölməsinin katibi Şəhla Məlikova təmsil edib. 

Epilepsiya Əleyhinə Beynəlxalq Liqa  tərəfindən təşkil olunan konqres 100-dən çox ölkədən 4000-dən artıq həkim və aparıcı mütəxəssisi bir araya gətirib. Elmi proqram çərçivəsində müxtəlif ölkələrdən 300-dən çox alim epilepsiyanın diaqnostikası, müalicəsi və tədqiqinin aktual istiqamətləri üzrə məruzələrlə çıxış edib. 

Beynəlxalq tədbirdə ATU əməkdaşlarının - Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli və Şəhla Məlikovanın epilepsiyalı hamilə qadınlarla bağlı apardıqları elmi tədqiqatın nəticələri təqdim edilib. Araşdırmanın nəticələri mütəxəssislər tərəfindən maraqla qarşılanıb və elmi sessiyalar çərçivəsində geniş müzakirə olunub. 

Konqresdə, həmçinin Azərbaycanda epilepsiyanın öyrənilməsinə həsr olunmuş genişmiqyaslı tədqiqat barədə məlumat verilib. Araşdırmanın nəticələri konqres çərçivəsində keçirilən ILAE Bölmə Konvensiyasında, eləcə də tədbirin bütün günləri ərzində nümayiş etdirilərək beynəlxalq mütəxəssislərin diqqətinə çatdırılıb. 

 

ATU-nun bu mötəbər elmi tədbirdə iştirakı Azərbaycanın epileptologiya sahəsində həyata keçirilən tədqiqatların beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm addım olmaqla yanaşı, universitet alimlərinin əldə etdiyi elmi nəticələrin dünya mütəxəssisləri ilə bölüşdürülməsinə və ölkəmizin epileptologiya sahəsində elmi potensialının nümayişinə imkan yaradıb.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Qazaxda ana və körpənin həyatı xilas edilib