Niyə yavaş nəfəs alanda sakitləşirik?  
12.09.2026 17:00

Çinin Fudan Universitetinin alimləri yavaş burun nəfəsinin insanı niyə sakitləşdirdiyini və narahatlığı necə azaltdığını elmi olaraq sübut ediblər.

 

Aztibb.az-ın “MedicalXpress”-ə istinadən məlumatına görə, qədim zamanlardan bəri yoqa və meditasiya kimi üsullarda mənfi əhval-ruhiyyəni aradan qaldırmaq üçün yavaş nəfəs alsalar da, bunun beyində necə işlədiyi dəqiq bilinmirdi. Yeni araşdırma bu sirli mexanizmi üzə çıxarıb. Nəfəsin sürəti isə hər şeyi dəyişir: yavaş nəfəs beyni sakitləşdirən siqnal göndərir, narahatlığı azaldır və beyin dalğalarını gücləndirir, sürətli nəfəs isə əksinə, narahatlığı artırır.

 

Tədqiqat zamanı iki həftə ərzində gündə iki saat yavaş burun nəfəsinə məruz qalan siçanlarda narahatlıq davranışlarının azaldığı və bu sakitləşdirici təsirin müalicə bitdikdən sonra da ən azı bir həftə davam etdiyi görülüb. Dünyada milyonlarla insanın əziyyət çəkdiyi narahatlıq pozğunluqları ilə mübarizədə bu kəşf gələcəkdə heç bir dərman və ya əməliyyat tələb etməyən sadə nəfəs üsulları ilə sağlamlığımızı tənzimləməyə kömək edə bilər.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Qazaxda ana və körpənin həyatı xilas edilib
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub