Gənclərdə bel və boyun yırtıqları niyə artır?
11.09.2026 08:17

Beyin, sinir və onurğa beyni cərrahiyyəsi üzrə mütəxəssis, professor Orhan Şen gənclər arasında bel və boyun yırtığı hallarının artmasında uşaqlıqdan formalaşan hərəkətsiz həyat tərzinin mühüm rol oynadığını bildirib.

Aztibbb.az "Haber Türk"ə istinadən yazır ki, onun sözlərinə görə, telefon, planşet və kompüter qarşısında uzun müddət vaxt keçirilməsi uşaqların və yeniyetmələrin eyni vəziyyətdə qalmasına, boyun, bel və ayaq əzələlərinin kifayət qədər inkişaf etməməsinə səbəb olur. Keçmişdə hərəkətli oyunların mühüm yer tutduğu uşaqlıq dövrünü bu gün uzunmüddətli ekran istifadəsi əvəz edir.

Professor qeyd edib ki, zəif əzələ sistemi sonrakı illərdə orqanizmin fiziki yüklərə uyğunlaşmasını çətinləşdirir. Ağır çanta qaldırmaq və ya uzun müddət idmandan uzaq qaldıqdan sonra qəfil intensiv fiziki fəaliyyətə başlamaq kimi hallar zəif əzələ və oynaqlara əlavə yük yaradaraq bel və boyun yırtıqlarının yaranmasına şərait yarada bilər.

Mütəxəssis problemin qarşısını almaq üçün uşaqların erkən yaşlardan fiziki aktivliyə cəlb edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, valideynlər və müəllimlər uşaqları üzgüçülük, qaçış və digər idman növlərinə həvəsləndirməlidirlər.

Bildirib ki, müntəzəm fiziki aktivlik yalnız dayaq-hərəkət sisteminin möhkəmlənməsinə deyil, beynin qan təchizatına və zehni inkişafın dəstəklənməsinə də müsbət təsir göstərə bilər. Bu səbəbdən idmanın uşaqların həyat tərzinə erkən yaşlardan daxil edilməsi vacibdir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar