Səhiyyə nazirinin müşaviri: Əziz Səncərin uğuru fundamental elmin müasir təbabətə necə çevrilə biləcəyinin nümunəsidir
09.09.2026 10:56

Əziz Səncərin uğuru bizim üçün yalnız kimya sahəsində qazanılmış Nobel mükafatı deyil. Bu, fundamental elmin insan sağlamlığına və müasir təbabətə necə çevrilə biləcəyinin gözəl nümunələrindən biridir.

 

Aztibb.az xəbər verir ki, bu sözləri səhiyyə nazirinin müşaviri Elgün Səmədov AMEA-da dünyaşöhrətli alim, professor Əziz Səncərin 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı söyləyib.

 

O, Əziz Səncərin 2022-ci ildə Bakıda keçirilmiş “TEKNOFEST Azərbaycan” festivalında gənclərlə görüşü zamanı səsləndirdiyi fikirləri də xatırladıb. Qeyd edib ki, alim xərçəng xəstəliyi üzərində Nobel mükafatı qazanmaq üçün deyil, bu xəstəliyə qarşı mübarizədə faydalı vasitə tapmaq ümidi ilə çalışdığını bildirib.

 

“Əziz müəllimin gənclərə tövsiyəsi də çox sadə idi: mükafat üçün deyil, insanlığa və vətənə fayda vermək üçün çalışın”, - deyə E.Səmədov qeyd edib.

 

Səhiyyə nazirinin müşaviri çıxışında Prezident İlham Əliyevin 2022-ci ildə “TEKNOFEST Azərbaycan” festivalında Əziz Səncər haqqında söylədiyi fikirləri xatırladıb: “Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türk, həm vətənpərvər insandır”.

 

E.Səmədov vurğulayıb ki, Əziz Səncər yalnız Nobel mükafatı qazanmış böyük alim kimi deyil, həm də həkim, müəllim, Türk dünyasının böyük elm adamı və minlərlə gəncə yol göstərən şəxsiyyətdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib