Mərkəzi Gömrük Hospitalının həkimi Beynəlxalq Kolorektal Tədqiqat Sammitində təqdimatla çıxış edib
08.09.2026 15:56

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, tibb elmləri doktoru Aynur Səfiyeva Koreya Respublikasının Seul şəhərində Koreya, Yaponiya, Sinqapur və Çin Kolorektal Cəmiyyətlərinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Kolorektal Tədqiqat Sammitində (ICRS 2026) “Kolorektal poliplərdə gender fərqliliyi” mövzusunda təqdimatla çıxış edib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Bildirilib ki, sammit çərçivəsində Aynur Səfiyevanın təqdimatı beynəlxalq elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

 

Çıxışdan sonra tədqiqatın nəticələri, kolorektal poliplərin inkişafında gender amilinin rolu və mövzu ilə bağlı digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi və maraqlı müzakirələr aparılıb.

Dr. Aynur Səfiyevanın bu mötəbər beynəlxalq elmi tədbirdə Azərbaycanı təmsil etməsi ölkəmizdə aparılan elmi-tədqiqat işlərinin beynəlxalq platformalarda təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş