Mərkəzi Gömrük Hospitalından müayinənin nəticələrini onlayn əldə etmək mümkündür
08.09.2026 08:47

Mərkəzi Gömrük Hospitalı pasiyentlərə xidməti daha da rahatlaşdırmaq məqsədilə Onlayn Şəxsi Kabinetdən istifadə qaydalarını ətraflı izah edən yeni videobələdçi təqdim edib.

 

Bu barədə Aztibb.az-a Hospitaldan bildirilib.

 

Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsi üzərindən videobələdçidə aşağıdakı mərhələlər əhatə olunur:

• Rəsmi sayta daxil olmaq və “Onlayn Şəxsi Kabinet” düyməsini klikləmək;

• L-kart nömrəsi, doğum tarixi və təhlükəsizlik kodu daxil etməklə şəxsi kabinetə giriş;

• Laborator analiz nəticələri və radioloji müayinələrin cavablarının kabinetdə izlənilməsi;

• L-kart nömrəsinin Hospitalın Qeydiyyat şöbəsindən əldə olunması qaydaları.

 

Hospitalın administrasiyası bildirir ki, istifadəçilər Onlayn Şəxsi Kabinetlə bağlı hər hansı problem və ya sual yaranarsa, (012) 404 08 08 nömrəsinə zəng edərək Hospitalın Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

 

Mərkəzi Gömrük Hospitalı, rəqəmsal xidmətlərin genişləndirilməsi və xəstələr üçün xidmət keyfiyyətinin artırılması istiqamətində addımlarını davam etdirir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib