"Səhiyyə işçi qüvvəsinin planlaşdırılması və analitik sistemlərinin gücləndirilməsi" mövzusunda seminar keçirilib
07.09.2026 10:55

"Səhiyyə işçi qüvvəsinin planlaşdırılması və analitik sistemlərinin gücləndirilməsi" mövzusunda keçirilən milli seminar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi, təhsil müəssisələri və digər əsas maraqlı tərəflərin nümayəndələrini bir araya gətirdi.

 

Seminar ÜST-nin Avropa üzrə Regional Ofisinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə sistemlərinin dayanıqlılığının dəstəklənməsi” təşəbbüsü çərçivəsində təşkil olunub.

 

Bu məlumat Aztibb.az-a ÜST-nin Azərbaycandakı Nümayəndəliyindən verilib.

 

Tədbirin açılışında ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr Hande Harmanci, ÜST-nin Avropa üzrə Regional Ofisinin regional müşaviri Dr Tomas Zapata, Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Könül Səlimova və TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova salamlama nitqi ilə çıxış ediblər.

 

Səhiyyə işçi qüvvəsinin effektiv planlaşdırılması yalnız gələcəkdə tələb olunacaq həkimlərin, tibb bacılarının və digər səhiyyə və qayğı işçilərinin sayının müəyyən edilməsini deyil, həm də etibarlı məlumatları, institusional potensialı, müvafiq planlaşdırma alətlərini, maraqlı tərəflərin iştirakını və davamlı siyasi öhdəliyi bir araya gətirən dayanıqlı sistemlərin yaradılmasını tələb edir.

 

İştirakçılar Səhiyyə İşçi Qüvvəsi üzrə Dayanıqlı Analitik Sistemlər Çərçivəsi ilə tanış olub və Azərbaycanda dayanıqlı və sübuta əsaslanan səhiyyə işçi qüvvəsinin planlaşdırılmasının gücləndirilməsi üçün prioritet amillərin müəyyənləşdirilməsinə yönəlmiş praktik məşğələdə iştirak ediblər.

 

Seminar Azərbaycanda səhiyyə sisteminin dayanıqlılığının gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərə töhfə verir və mövcud sübutların siyasət dialoquna, praktik qərarlara və davamlı fəaliyyətə çevrilməsini dəstəkləyir.

 

Davamlı və gələcəyin çağırışlarına hazır səhiyyə işçi qüvvəsinin formalaşdırılması güclü məlumat sistemləri, effektiv idarəetmə, ixtisaslı planlaşdırıcılar, sektorlararası əməkdaşlıq və uzunmüddətli siyasi öhdəlik tələb edir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir