Dırnağındakı kiçik infeksiya 11 günlük körpədə beyin şişini üzə çıxardı
08.09.2026 10:29

Şotlandiyada 11 günlük körpədə beyin şişi həkimlərin dırnağının altında aşkar etdiyi çox kiçik infeksiya zamanı müəyyənləşdirilib.

Aztibb.az "THe İndependent" nəşrinə istinadən yazır ki, körpə doğuşdan cəmi 11 gün sonra qidalanmaqda çətinlik çəkib, çəki itirib, sarılıq keçirib və arada kiçik spazmlar yaşamağa başlayıb. Anası Sam Sharp bildirib ki, həmin dövrdə mama və tibb işçiləri körpəni hər gün müşahidə etsələr də, spazmların səbəbi müəyyən edilməyib.

Körpə xəstəxanaya aparıldıqdan sonra həkimlər onun dırnaqlarından birinin altında qum dənəsi boyda kiçik infeksiya olduğunu görüblər. Aparılan müayinələr zamanı isə körpənin vəziyyətinin arxasında beyin şişinin dayandığı məlum olub.

Joey-ə təcili olaraq beyin əməliyyatı keçirilib. Həkimlər ailəyə həmin gün əməliyyat aparılmasa, körpənin sağ qalmasının ehtimalının çox aşağı olduğunu bildiriblər.

Sonrakı müalicə dövründə uşaq ümumilikdə üç beyin əməliyyatı keçirib və doqquz kurs kimyaterapiya alıb. Əməliyyatlardan ikisi şişin çıxarılması, üçüncüsü isə yaranan çapıq toxumasının aradan qaldırılması məqsədilə aparılıb. Bir müddət ərzində onun gündə 30-dan çox epileptik tutması olub və qidalanması üçün xüsusi zondlardan istifadə edilib.

Mütəxəssislərin götürdüyü şiş nümunəsinin müayinəsi nəticəsində Joey-də qlialoblastoma (glioblastoma) – aqressiv və müalicəsi son dərəcə çətin olan beyin xərçəngi aşkarlanıb. Körpə həmçinin alimlərin uşaqlarda kimyaterapiyanın effektivliyini daha yaxşı öyrənməsinə kömək edən klinik tədqiqatlarda iştirak edib.

Hazırda 5 yaşında olan Joey beyin şişinin müalicəsindən sonra serebral ifliclə yaşayır. Sağ əlindən məhdud istifadə edir, ayaq breysindən yararlanır və uzun məsafələrdə əlil arabasından istifadə edir. Buna baxmayaraq, ailəsinin sözlərinə görə, o, üzgüçülüyü, bacı-qardaşları ilə vaxt keçirməyi sevir və artıq məktəbə başlayıb.

Anası uşaqlıq beyin şişləri üzrə tədqiqatlara daha çox vəsait ayrılmasına çağırıb. O, gələcəkdə beyin xərçəngi ilə mübarizədə daha effektiv müalicələrin hazırlanacağına ümid etdiyini bildirib.

Mütəxəssislər isə uşaqlarda davamlı və qeyri-adi simptomların diqqətdən kənarda saxlanılmamasının, erkən diaqnostikanın isə müalicə imkanlarının artırılması baxımından mühüm olduğunu vurğulayırlar.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib