Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
07.09.2026 10:03

Pirallahı Tibb Mərkəzində “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi” mövzusunda təlim keçirilib.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, tədbir Keyfiyyətə nəzarətin idarə olunması üzrə mütəxəssis İlhamə Heybətova tərəfindən keçirilib.

 

Təlimdə Pirallahı Tibb Mərkəzinin direktoru Şöhrət Söyziyev, direktorun müavini – baş həkim Fəranə Gözəlova, struktur şöbə və bölmə müdirləri, baş və böyük tibb bacıları, təsərrüfat işçiləri və aidiyyəti əməkdaşlar iştirak ediblər.

 

Təlim zamanı yıxılma riskinə təsir göstərən əsas faktorlar, riskin qiymətləndirilməsi şkalaları, ehtiyat tədbirlərinin görülməsi, yıxılma hadisəsi zamanı ilkin yardımın göstərilməsi, hadisənin qeydiyyata alınması və əməkdaşların təlimatlandırılması barədə ətraflı məlumat verilib.

 

İlhamə Heybətova çıxışında qeyd edib ki, pasiyentlərin təhlükəsizliyinin təmin olunması tibb müəssisələrində göstərilən tibbi xidmətin keyfiyyətinin əsas istiqamətlərindən biridir. Yıxılma risklərinin vaxtında müəyyənləşdirilməsi və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi pasiyentlərin təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, hər bir əməkdaşın yıxılma risklərinin qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı müəyyən edilmiş tələblərə riayət etməsi vacibdir.

 

Sonda Pirallahı Tibb Mərkəzinin direktoru Şöhrət Söyziyev standartın tətbiqi və tələblərin iş prosesində düzgün icrasının vacibliyindən danışıb. Struktur şöbə və bölmə müdirlərinə müvafiq tapşırıqlar verilib.

 

Təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır