Akademik Əhliman Əmiraslanov: Türk dünyası mütəxəssislərinin Bakıda toplaşması ortopediyanın inkişafına böyük təkan verəcək
05.09.2026 15:41

Türk dünyasının tanınmış mütəxəssislərinin Azərbaycanda bir araya gəlməsi müasir ortopediya və travmatologiyanın aktual problemlərinin müzakirəsi və bu sahənin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov türkcə danışan ölkələrin travmatoloq və ortopedlərinin beynəlxalq konqresində çıxışı zamanı deyib.

 

Ə.Əmiraslanov bildirib ki, son illər Türk Dövlətləri Təşkilatı çərçivəsində səhiyyənin müxtəlif istiqamətləri üzrə keçirilən konqreslər, o cümlədən onkoloqların, kardioloqların, ürək-damar cərrahlarının və hazırda ortoped və travmatoloqların toplantısı Azərbaycan tibb ictimaiyyəti üçün mühüm hadisədir.

 

O qeyd edib ki, konqresdə Türk dünyası, eləcə də dünya miqyasında tanınan yüksəkixtisaslı mütəxəssislərin iştirakı xüsusi əhəmiyyət daşıyır. Onların azərbaycanlı həmkarları ilə bilik və təcrübə mübadiləsi aparması, müasir ortopediya və travmatologiyanın qarşısında duran problemləri müzakirə etməsi bu sahələrin ölkəmizdə daha sürətli inkişafına təkan verəcək.

 

Milli Məclisin komitə sədri ortopediya və travmatologiyanın sürətlə inkişaf edən tibb sahələrindən olduğunu vurğulayaraq, bu istiqamətdə elmi-praktik tədbirlərin keçirilməsinin yeni yanaşmaların və qabaqcıl tibbi metodların öyrənilməsi baxımından mühüm olduğunu bildirib.

 

Ə.Əmiraslanov konqresin xüsusilə gənc mütəxəssislər üçün böyük əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, gənc həkimlər dünya miqyasında tanınan mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq, onların elmi araşdırmalarının nəticələri ilə tanış olmaq və qabaqcıl təcrübəni öyrənmək imkanı əldə edirlər.

 

Komitə sədri bu cür tədbirlərin yalnız tibbi məsələlərin müzakirəsi baxımından deyil, türk dövlətləri arasında bilik və təcrübə mübadiləsinin, elmi əməkdaşlığın gücləndirilməsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib və tədbirin işinə uğurlar arzulayıb.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub