680,6 baldan başlayan uğur: ATU-nun Stomatologiya fakültəsində yeni tələbə həyatı başlayır
05.09.2026 09:20

 

Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olunan tələbələrin bütün fakültələr, o cümlədən Stomatologiya fakültəsi üzrə sənəd qəbulu prosesi davam edir. 

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, sənəd qəbulu ATU-nun 4 saylı tədris binasında hər gün saat 09:00-dan 17:00-dək həyata keçirilir. Prosesin yüksək səviyyədə təşkili məqsədilə sənəd qəbulunda fakültə dekanı, dekan müavini, akademik məsləhətçilər və fakültənin aktivist tələbələri iştirak edirlər. Qəbul prosesi yalnız sənədlərin təqdim edilməsi ilə məhdudlaşmır. Burada tələbə və valideynlərinə ATU-da tədrisin təşkili, tələbələrin dərsdənkənar fəaliyyət imkanları, tələbə təşkilatlarının fəaliyyəti, universitetin ictimai və sosial həyatında iştirak imkanları, eləcə də tələbəlik dövrü ilə bağlı digər vacib məsələlər barədə də ətraflı məlumat verilir.

 

Yeni tələbələrin universitet mühitinə daha rahat uyğunlaşmasına xüsusi diqqət yetirilir. Akademik məsləhətçilər və tələbə aktivistləri gələcək həmkarlarına ATU-da tələbə həyatının müxtəlif istiqamətləri barədə məlumat verir, onları maraqlandıran sualları cavablandırırlar.

 

04 sentyabr 2026-cı il tarixinə Stomatologiya fakültəsinə qəbul olunan 100 tələbədən 86-sı sənədlərini artıq təqdim edib.

 

Hər il olduğu kimi, fakültənin builki qəbul göstəriciləri də yüksək nəticə ilə diqqət çəkir. Belə ki, Stomatologiya fakültəsi üzrə ən yüksək bal 680,6 olub. 

 

Qeyd edək ki, Stomatologiya fakültəsi üzrə sənəd qəbulu 08 sentyabr 2026-cı il tarixinədək davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub