Azərbaycanın və Qazaxıstanın Kimya institutları arasında əməkdaşlıq imkanları müzakirə olunub
03.09.2026 16:32

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə Qazaxıstanın A.B. Bekturov adına Kimya Elmləri İnstitutu arasında onlayn görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a institutdan xəbər verilib.

 

Qeyd olunub ki, Kimya İnstitutunun Beynəlxalq Əməkdaşlıq Sektorunun təşəbbüsü ilə təşkil olunan görüşdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, birgə elmi layihələrin hazırlanması və alimlər arasında mübadilənin genişləndirilməsi məsələləri müzakirə olunub.

 

Görüşdə Kimya İnstitutunun Beynəlxalq Əməkdaşlıq, Fiziki-kimyəvi analiz, eləcə də Strateji İnkişaf, Monitorinq və Qiymətləndirmə sektorlarının əməkdaşları iştirak ediblər.

 

Beynəlxalq Əməkdaşlıq Sektorunun əməkdaşı Araz Dövlətov Kimya İnstitutunun fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verib. O, iki institut arasında birgə qrant və elmi layihələrin hazırlanmasını, elmi əməkdaşların və gənc alimlərin mübadiləsini, həmçinin birgə onlayn seminarların təşkilini təklif edib.

 

Fiziki-kimyəvi analiz mərkəzinin baş elmi işçisi, professor Etibar İsmayılov və mərkəzin rəhbəri, dosent Sevinc Osmanova elmi əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin hazırlanması ilə bağlı təkliflərini səsləndiriblər. Təkliflər sırasında Avropa, xüsusilə Almaniyanın elmi qurumlarının əməkdaşlığa cəlb edilməsi də yer alıb.

 

Görüş zamanı hər iki institutun fəaliyyət istiqamətləri və elmi potensialı barədə məlumat mübadiləsi aparılıb, gənc alimlər üçün beynəlxalq imkanların genişləndirilməsi və birgə elmi fəaliyyətlərin təşkili məsələləri nəzərdən keçirilib.

 

Sonda növbəti mərhələdə rəhbərlik səviyyəsində görüşün keçirilməsi və iki institut arasında əməkdaşlıq haqqında memorandumun imzalanması barədə razılıq əldə olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub