Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
03.09.2026 13:41

ATU-nun Neyrocərrahiyyə kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Namiq Əhmədov bel və sağ ayaqda kəskin ağrı, keyimə və uyuşma, həmçinin ayaq pəncəsində zəiflik şikayətləri ilə müraciət edən pasiyentə cərrahi müdaxilə həyata keçirib.

 

Namiq Əhmədovun Aztibb.az-a bildirdiyinə görə, pasiyentdə uzun müddət aparılan konservativ müalicə effekt verməyib. Aparılan müayinələr nəticəsində L5-S1 fəqərəarası diskin sağtərəfli yırtığı aşkarlanıb. Nevroloji müayinə zamanı sağ ayaq pəncəsində zəiflik və refleks dəyişiklikləri müəyyən edildiyindən pasiyent üçün cərrahi müalicə qərarı qəbul olunub. Pasiyentə spinal anesteziya altında mikrodisektomiya əməliyyatı icra edilib.

 

Namiq Əhmədov bildirib ki, fəqərəarası disk yırtıqları ağır fiziki işlə birbaşa əlaqəli xəstəlik hesab olunmasa da, fiziki yüklənmə mövcud problemin simptomlarının üzə çıxmasına və ya şiddətlənməsinə səbəb ola bilər. Bu səbəbdən xüsusilə ağır fiziki işlə məşğul olan şəxslərdə belə şikayətlərə daha çox rast gəlinə bilər.

 

Neyrocərrah qeyd edib ki, müasir anesteziya və cərrahi texnologiyaların inkişafı mikrodisektomiya əməliyyatının təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb. Bununla yanaşı, müalicənin effektivliyi baxımından düzgün zamanda müraciət və cərrahi müdaxilənin gecikdirilməməsi mühüm əhəmiyyət daşıyır. Gecikmiş hallarda sinir kökünün uzun müddət sıxılması səbəbindən əməliyyatdan sonra nevroloji funksiyaların bərpası daha uzun çəkə və nəticə daha az effektiv ola bilər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub