Kimya İnstitutunun əməkdaşı beynəlxalq sənaye təcrübə proqramını uğurla başa vurub
01.09.2026 14:45

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun böyük elmi işçisi və dissertantı Samirə Süleymanova avqustun 3-dən 28-dək Pakistanın İslamabad şəhərində keçirilən COMSTECH–REVIVE Medical Technologies Industrial Internship Program beynəlxalq sənaye təcrübə proqramında iştirak edib.

 

Bu məlumat Aztibb.az-a Kimya İnstitutundan verilib.

 

Bildirilib ki, dörd həftə davam edən proqram İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsi (COMSTECH) və Revive Medical Technologies şirkətinin əməkdaşlığı çərçivəsində təşkil olunub.

 

Proqramın əsas məqsədi müxtəlif ölkələrdən olan gənc tədqiqatçıların tibbi texnologiyalar, biomateriallar və innovativ səhiyyə həlləri sahəsində praktiki bilik və bacarıqlarının artırılması, həmçinin akademik və sənaye əməkdaşlığının inkişaf etdirilməsi olub.

 

Sənaye təcrübəsi müddətində Samirə Süleymanova tibbi cihazların hazırlanması, biomaterialların tədqiqi və inkişafı, səhiyyə proqram təminatı həlləri, keyfiyyətə nəzarət, sınaqlar və normativ tələblərə uyğunluq istiqamətləri üzrə nəzəri və praktiki biliklər əldə edib. O, həmçinin müxtəlif sahələr üzrə mütəxəssislərlə fikir mübadiləsi aparıb və beynəlxalq təcrübə ilə tanış olub.

 

Proqram çərçivəsində Revive Medical Technologies şirkətinin fəaliyyətinin üçüncü ildönümünə həsr olunmuş tədbir də keçirilib. Tədbirdə proqram iştirakçıları və şirkətin əməkdaşları ilə yanaşı, tərəfdaş qurumların nümayəndələri də iştirak ediblər. Samirə Süleymanova tədbirdə fəaliyyəti və Kimya İnstitutunda apardığı elmi-tədqiqat işləri barədə məlumat verib.

 

Proqramın yekun mərhələsində iştirakçılar COMSTECH-in İslamabaddakı mərkəzini ziyarət ediblər.

 

Səfər çərçivəsində proqramın bağlanış mərasimi keçirilib. Mərasimdə iştirakçıların proqram müddətində əldə etdikləri bilik və təcrübələr müzakirə olunub. Tədbirin sonunda proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub