Burun tənəffüsü ciddi şəkildə pozulan 16 yaşlı pasiyentdə kompleks cərrahi müdaxilə həyata keçirilib
01.09.2026 15:19

ATU-nun Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının otorinolarinqologiya şöbəsinin müdiri Rəşad Talışınskinin sözlərinə görə, 16 yaşlı pasiyentdə burun tənəffüsünün ciddi şəkildə pozulması ilə əlaqədar kompleks cərrahi müdaxilə həyata keçirilib.

 

Klinikadan Aztibb.az-a verilən məlumata görə, pasiyent uşaq yaşlarında adenotomiya əməliyyatı keçirib, lakin son illərdə burun tənəffüsünün yenidən pisləşməsi müşahidə olunub. Aparılan müayinələr zamanı burun çəpərinin kəskin deformasiyası, aşağı burun çanaqlarının hipertrofiyası və adenoid toxumasının təkrar hipertrofiyası müəyyən edilib.

 

Bu səbəbdən pasiyentə planlı şəkildə cərrahi müdaxilə həyata keçirilib. Əməliyyat zamanı burun çəpərinin deformasiyası düzəldilib, aşağı burun çanaqları kiçildilib və adenoid toxuması endoskopik nəzarət altında xaric edilib. Çıxarılan toxuma histoloji müayinəyə göndərilib. Rəşad Talışınski əməliyyatöncəsi müayinələrin əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, yanaşı xəstəliklərin və mümkün risklərin qiymətləndirilməsi məqsədilə zəruri hallarda kardioloq və pulmonoloqun müayinəsi vacibdir. Bu pasiyentdə də əməliyyatdan əvvəl aparılan müayinələr zamanı aritmiya aşkarlanıb.

 

Həkim qeyd edib ki, adenoid toxumasının təkrar böyüməsi fərdi xüsusiyyətlərdən asılıdır və xüsusilə allergik xəstəlikləri olan, tez-tez respirator infeksiyalara yoluxan uşaqlarda müşahidə oluna bilər. Adenoid toxumasını tamamilə kökündən xaric etmək hər zaman mümkün olmadığından, əsasən hipertrofiyaya uğramış hissə çıxarılır və bəzi hallarda əməliyyatdan sonra yenidən böyümə baş verə bilər. Uzunmüddətli adenoid hipertrofiyası burun tənəffüsünün pozulmasına, ağızdan nəfəsalmaya və yuxu keyfiyyətinin pisləşməsinə, həmçinin uşağın diqqət və yaddaş funksiyalarına, üz-çənə skeletinin inkişafına mənfi təsir göstərə bilər. Bu səbəbdən ifadəli adenoid hipertrofiyası olan uşaqların vaxtında müayinə və müalicəsi mühüm əhəmiyyət daşıyır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama