Şəkidə tanınmış həkim vəfat edib
01.09.2026 08:46

Şəkidə tanınmış həkim-dermatoloq Nofəl İbrahimov vəfat edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Şəki RMX məlumat yayıb.

 

Məlumatda bildirilir: "Dərin hüznlə bildiririk ki, səhiyyə sahəsində uzun illər fəaliyyət göstərib, fədakar əməyi, yüksək peşəkarlığı və insanlara göstərdiyi qayğı ilə seçilən həkim-dermatoloq Nofəl İbrahimov vəfat edib.

 

Nofəl İbrahimov zəngin bilik və təcrübəsi, peşəsinə sədaqəti, yüksək mənəvi keyfiyyətləri və insanpərvərliyi ilə həmkarlarının və pasiyentlərinin dərin hörmət və rəğbətini qazanıb. O, uzun illər ərzində dermatologiya sahəsində göstərdiyi peşəkar fəaliyyəti ilə səhiyyə xidmətinə dəyərli töhfələr verib.

 

Bu ağır itki ilə əlaqədar Şəki Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

 

Allah rəhmət eləsin. Xatirəsi daim qəlblərdə yaşayacaq".

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır