Tədris Cərrahiyyə Klinikasında it dişləməsi nəticəsində zədələnmiş burun uğurla bərpa olunub
01.09.2026 11:08

İt dişləməsi ilə ağır zədələnən burun yenidən bərpa olundu - Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında (TCK) ağır travmanın aradan qaldırılması məqsədilə növbəti mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub.

 

TCK-dən Aztibb.az-a bildirilib ki, bu dəfə də it dişləməsi nəticəsində burun nahiyəsində ciddi toxuma itkisi yaranan pasiyent Klinikaya müraciət edib.
Burunun böyük hissəsinin itirilməsi ilə nəticələnən travma pasiyentin həm xarici görünüşünə, həm də burun funksiyalarına ciddi təsir göstərib. Burun strukturunun və funksiyasının bərpası üçün pasiyentə mərhələli rekonstruktiv əməliyyat tətbiq olunub.

 

Əməliyyat Azərbaycan Tibb Universitetinin Ağız, üz və çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi ilə, plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən həyata keçirilib.

 

Cərrahi müdaxilə zamanı burunun itirilmiş hissəsinin bərpası üçün müasir rekonstruktiv cərrahiyyə üsullarından istifadə edilib. Burun toxumalarının bərpası zamanı supratroxlear arteriya əsaslı paramedian forehead flap və otogen kompozit qreftdən ibarət rekonstruktiv yanaşma tətbiq olunub. Rekonstruksiya nəticəsində zədələnmiş burun toxumalarının anatomik bütövlüyünün bərpasına nail olunub.

 

Əməliyyatın əsas məqsədi yalnız pasiyentin xarici görünüşündə yaranmış defekti aradan qaldırmaq deyil, eyni zamanda burunun funksional imkanlarını da mümkün qədər bərpa etmək olub.
Bu uğurlu əməliyyat Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz travmalarının müalicəsi, itirilmiş toxumaların bərpası və rekonstruktiv cərrahiyyə imkanlarının uğurla tətbiqini nümayiş etdirir.

 

Qeyd edək ki, bu, TCK-da it dişləməsi nəticəsində burun nahiyəsində yaranmış geniş toxuma defektinin rekonstruksiyası ilə bağlı həyata keçirilən ilk belə əməliyyat deyil. Bir müddət əvvəl də oxşar mürəkkəb rekonstruktiv əməliyyat həkimlərimiz tərəfindən uğurla icra olunmuşdu.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar