Diz ağrılarının yalnız yaşla əlaqəli olduğunu düşünmək yanlışdır
01.09.2026 10:29

"Diz ağrısı yalnız yaşlılara aiddir" - deyə düşünürsünüzsə, yanılırsınız. Diz ağrılarının yalnız yaşla əlaqəli olduğunu düşünmək yanlışdır. Son dövrlərdə 30–40 yaş arasında olan pasiyentlər arasında bu şikayətlərə daha tez-tez rast gəlirik.


Bu barədə Aztibb.az-a məlumat verən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Çingiz Həsənov bildirib ki, oturaq həyat tərzi gündəlik hərəkətsizlik diz ətrafı əzələləri zəiflədir.

 

Onun sözlərinə görə, artıq çəki diz oynağına normadan artıq yük düşür. Uyğunsuz ayaqqabılar – yüksək daban və sərt altlıq oynaqlara zərər verir. Səhv idman hərəkətləri, düzgün edilməyən məşqlər dizin strukturunu poza bilər. Vitamin çatışmazlığı, xüsusilə D vitamini və kalsium azlığı da diz sağlamlığına mənfi təsir göstərə bilər.

 

"Uzun müddət yerdə və ya diz üstə oturmaq – diz oynaqlarına əlavə yük yarada bilər. Təəssüf ki, bəziləri illərlə bu ağrıları görməzlikdən gəlir, onları qocalıq əlaməti kimi qəbul edir. Amma nəticədə oynaq qığırdaqları sıradan çıxır, hərəkət məhdudlaşır və cərrahi müdaxilə qaçılmaz olur" - deyə həkim əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır