Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüş keçirilib
01.09.2026 09:43

Mərkəzi Gömrük Hospitalında 2026-cı ildə rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minurə Ağayeva, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisləri Azad Əhmədov və Şəhla Mirzəzadə və həkim-rezidentlər iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.

 

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev rezidentura təhsilinə yeni qəbul olunmuş həkim-rezidentləri təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb. O, rezidentlərin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, müasir tibbi bilik və bacarıqlara yiyələnməsi, eləcə də elmi-tədqiqat fəaliyyətinə cəlb olunması üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib.

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev çıxış edərək Hospitalda tətbiq olunan müasir diaqnostika və müalicə üsulları, həyata keçirilən mürəkkəb və unikal tibbi əməliyyatlar, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələri, o cümlədən Florence Nightingale Xəstəxanalar Qrupu, Böyük Britaniyanın Birmingham Women’s and Children’s Hospital və digər nüfuzlu tibb müəssisələri ilə əməkdaşlıq imkanları barədə məlumat verib.

 

O, rezidentlərin təcrübəli və yüksəkixtisaslı həkimlərin rəhbərliyi altında çalışaraq klinik təcrübə qazanmaları, müasir tibbi yanaşmaları mənimsəmələri və öz peşəkar potensiallarını inkişaf etdirmələri üçün yaradılan imkanlardan səmərəli istifadə etmələrinin əhəmiyyətini qeyd edib.

 

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova çıxışında həkim-rezidentlərin yeni peşəkar mərhələyə qədəm qoyduqlarını qeyd edərək, rezidentura müddətində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 

Görüş zamanı rezidentlərin təhsil və iş prosesi, klinik təcrübə, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq təcrübənin öyrənilməsi və peşəkar inkişaf imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həkim-rezidentlərin sualları cavablandırılıb, onların təklif və gözləntiləri dinlənilib.

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır