Velosiped qəzasında ağır xəsarət alan yeniyetmənin mədəaltı vəzi qorunub
30.08.2026 19:58

 

Velosiped qəzası nəticəsində mədəaltı vəzi tam parçalanan 14 yaşlı yeniyetmənin orqanı mürəkkəb rekonstruktiv əməliyyatla bərpa edilib.

Aztibb.az xəbər verir ki, Rusiyanın Tatarıstan Respublikasından olan yeniyetmə velosipeddən yıxılarkən sükanın qarın nahiyəsinə güclü zərbə vurması nəticəsində mədəaltı vəzinin tam qopması ilə ağır xəsarət alıb. Nəticədə orqan fiziki olaraq iki hissəyə ayrılıb və mədəaltı vəz şirəsinin qarın boşluğuna axması fermentativ peritonitə səbəb olub.

Yerli xəstəxanada ilkin yardım göstərildikdən sonra ağır vəziyyətdə olan pasiyent Rusiya Uşaq Klinik Xəstəxanasına (RDKB) göndərilib. Həkimlər əvvəlcə güclü iltihabı və ödemi azaltmaq üçün konservativ müalicə aparıblar.

Vəziyyəti stabilləşdikdən sonra yeniyetmə üzərində rekonstruktiv əməliyyat həyata keçirilib. Cərrahlar mədəaltı vəzinin zədələnmiş hissələrini bərpa edib, orqanın ayrılmış hissəsinin funksiyasını qorumaq üçün onu nazik bağırsağın ilgəyinə birləşdiriblər.

Əməliyyat zamanı diametri təxminən 2 millimetr olan mədəaltı vəzi axacağının bütövlüyünün qorunmasına xüsusi diqqət yetirilib. Bunun üçün axacağa təxminən 1 millimetr diametrində kateter yerləşdirilib və onun üzərində bağırsaqla birləşmə yaradılıb.

Əməliyyatdan sonra qanda mədəaltı vəzi fermentlərinin səviyyəsi sürətlə azalıb, həzm şirəsinin bağırsağa normal axını bərpa olunub. Yeniyetmə əməliyyatdan 10 gün sonra xəstəxanadan evə buraxılıb.

Hazırda onun yalnız müntəzəm müayinələrdən keçməsi və həkim nəzarətində olması tələb olunur.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub