Araşdırma: Atrial fibrilasiyada antikoaqulyant müalicə insult riskini azaldır
30.08.2026 16:40

Münhendə təqdim olunan yeni tədqiqatın nəticələrinə görə, atrial fibrilasiyası və insult riski orta səviyyədə olan xəstələrdə birbaşa təsirli oral antikoaqulyantların (DOAK) istifadəsi ciddi klinik ağırlaşmaların riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Aztibb.az xəbər verir ki, “SINGLE-AF” adlı randomizə edilmiş tədqiqatda Cənubi Koreyada 1803 atrial fibrilasiyalı pasiyent iştirak edib. Onlar DOAK müalicəsi alan və antikoaqulyant qəbul etməyən iki qrupa bölünüb və orta hesabla 2 il izlənilib.

24 ay ərzində insult, sistemik emboliya, ciddi qanaxma və ürək-damar səbəbindən ölümün daxil olduğu əsas göstərici DOAK qəbul edənlərin 0,5 faizində, antikoaqulyant qəbul etməyənlərin isə 1,5 faizində qeydə alınıb. Bu, ağırlaşmaların nisbi riskinin 69 faiz azalması deməkdir.

İnsult DOAK qrupunda 0,3 faiz, digər qrupda isə 1,1 faiz təşkil edib. Eyni zamanda, ciddi qanaxma hallarında əhəmiyyətli fərq müşahidə olunmayıb: müvafiq olaraq 0,3 və 0,5 faiz.

Bununla belə, tədqiqatçılar nəticələrin ehtiyatla qiymətləndirilməli olduğunu bildirirlər. Əsas göstəricilər üzrə cəmi 17 hadisənin qeydə alınması müalicənin faydasının olduğundan daha yüksək görünməsinə səbəb ola bilər.

Bundan əlavə, tədqiqata yalnız Cənubi Koreyadan olan pasiyentlərin daxil edilməsi, qadınların sayının az olması və iştirakçıların əksəriyyətində atrial fibrilasiyanın tutmaşəkilli olması nəticələrin digər əhali qruplarına tətbiqini məhdudlaşdırır.

Mütəxəssislər hesab edirlər ki, nəticələri təsdiqləmək üçün daha geniş tədqiqatlara ehtiyac var. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub