Yeni xərçəng peyvəndi ilə ilk pasiyent uğurla müalicə olundu 
30.08.2026 14:44

Melanomanın müalicəsi üçün hazırlanmış Rusiyanın fərdiləşdirilmiş vaksinini qəbul edən ilk pasiyentin müalicəsi uğurla davam edir.

 

Aztibb.az "RİA Novosti" agentliyinə istinadən yazır ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin N. F. Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi rəhbəri Aleksandr Qintsburq məlumat verib.

Söhbət Qamaleya Mərkəzinin mütəxəssisləri tərəfindən Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Radiologiya Tədqiqat Mərkəzi ilə birgə hazırlanmış "NEOONKOVAK" preparatından gedir. Həmin pasiyent melanoma müalicəsi çərçivəsində bu vaksini alan ilk şəxs olub.

"İlk xəstə uğurla müalicə olunur", – deyə Qintsburq qeyd edib.

Buna qədər akademik bildirmişdi ki, pasiyent Rusiya istehsalı olan preparatla vaksinasiya kursunu sentyabr ayında tamamlamalıdır. Qeyd edək ki, bu preparat profilaktik deyil, artıq mövcud xəstəliyin müalicəsi üçün nəzərdə tutulan terapevtik onkovaksinlər kateqoriyasına aiddir.

"NEOONKOVAK" bu sahədə yeganə yerli elmi nailiyyət deyil. 2025-ci ilin noyabrında Səhiyyə Nazirliyi kolorektal xərçəngin müalicəsi üçün Federal Tibbi-Bioloji Agentliyin (FMBA) hazırladığı "Onkopept" fərdiləşdirilmiş terapevtik onkovaksininin klinik praktikada tətbiqinə icazə verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub