7 yaşlı uşağın qarnından 30 santimetrlik şiş çıxarılıb - Vilms şişi kildilərək xaric edilib
29.08.2026 11:45

Türkiyənin Samsun Şəhər Xəstəxanasında Vilms şişi diaqnozu qoyulan 7 yaşlı H.Ç.-nin qarın boşluğundakı iri törəmə təxminən 6 həftəlik kimyaterapiyadan sonra kiçildilib və uğurlu əməliyyatla tamamilə çıxarılıb.

Aztibb.az "Posta" nəşrinə istinadən yazır ki, qarın nahiyəsində şişkinlik, qusma və yüksək hərarət şikayətləri ilə xəstəxanaya müraciət edən 7 yaşlı H.Ç.-nin müayinələri zamanı qarın boşluğunda iri törəmə aşkarlanıb. Uşağa Vilms şişi diaqnozu qoyulub.

İlkin mərhələdə təxminən 20–30 santimetr ölçüsündə olan və əməliyyat üçün çox böyük hesab edilən törəmə əvvəlcə biopsiya yolu ilə qiymətləndirilib. Böyrək mənşəli şiş diaqnozu təsdiqləndikdən sonra uşağa kimyaterapiya müalicəsi başlanıb.

Kimyaterapiyadan sonra şiş 6 santimetrə qədər kiçilib

Təxminən 5 ay əvvəl ailəsi tərəfindən Samsun Şəhər Xəstəxanasına gətirilən uşağın qarın boşluğunun böyük hissəsini tutan törəmə müəyyən edilib.

Uşaq Hematologiya və Onkologiya Klinikasının rəhbəri, professor doktor Zuhal Keskinin nəzarəti altında kimyaterapiya müalicəsinə başlanılıb. Təxminən 6 həftə davam edən müalicədən sonra aparılan müayinələr zamanı şişin əhəmiyyətli dərəcədə kiçildiyi müəyyənləşdirilib.

Başlanğıcda 20 santimetrdən böyük olduğu bildirilən törəmə kimyaterapiyadan sonra təxminən 6 santimetrə qədər kiçilib. Bundan sonra xəstə cərrahi müdaxilə üçün Uşaq Cərrahiyyəsi Klinikasına yönləndirilib.

Prof. Dr. Zuhal Keskin bildirib ki, şişin kimyaterapiya ilə kiçildilməsindən sonra əməliyyat həyata keçirilib və törəmə tamamilə çıxarılıb.

Uğurlu əməliyyatla şiş tamamilə çıxarılıb

Uşaq Cərrahiyyəsi Klinikasının həkimləri Serap Samut Bülbül və Ahmet Saraç tərəfindən həyata keçirilən əməliyyat zamanı kiçilmiş Vilms şişi qarın boşluğundan tamamilə çıxarılıb.

Əməliyyatdan sonra H.Ç.-nin müalicəsi radioterapiya və kimyaterapiya ilə davam etdirilib. Hazırda uşağın ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir. Kiçik pasiyentin təxminən 25 həftə daha kimyaterapiya müalicəsi alacağı qeyd olunub.

Prof. Dr. Zuhal Keskin xəstənin hazırda vəziyyətinin yaxşı olduğunu və müalicəsinin planlaşdırıldığı şəkildə davam etdiyini bildirib.

Uşaq Cərrahiyyəsi Klinikasının həkimi Serap Samut Bülbül bildirib ki, H.Ç. xəstəxanaya müraciət edən zaman uşağın qarın boşluğunu demək olar ki, tamamilə dolduran iri ölçülü törəmə aşkarlanıb.

“İlk dəfə belə bir əməliyyat həyata keçirdik. Uşaq sağlamlığına qovuşub və sonrakı müalicəsi davam edir. Əməliyyatla bağlı hər hansı problemimiz yoxdur. Lakin bədxassəli şiş olduğu üçün müalicə prosesi davam edəcək. Hazırda ambulator müalicə üçün xəstəxanaya gəlib-gedir”, - deyə həkim qeyd edib.

Keskin belə xəstələrin müalicəsində müxtəlif ixtisas sahələri üzrə mütəxəssislərin birgə fəaliyyət göstərməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.


Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub