Həyat tərzi qadınlarda reproduktiv qabiliyyətə təsir edir - Hər 6 cütlükdən biri risk altındadır!
29.08.2026 08:47

Qadınlarda reproduktiv qabiliyyət 35 yaşdan sonra azalmağa başlayır, 40 yaşdan sonra isə hamilə qalmaq şansı əhəmiyyətli dərəcədə aşağı düşür. Bu gün hər 6 cütlükdən biri övlad sahibi olmaq üçün tibbi dəstəyə ehtiyac duyur.

Aztibb.az T24-ə istinadən yazır ki, Qadın xəstəlikləri və doğuş üzrə mütəxəssis, professor doktor Faruk Buyru sonsuzluq və süni mayalanma müalicələrinin getdikcə daha çox cütlüyün gündəmində yer aldığını bildirib.

Onun sözlərinə görə, hazırda hər 6 cütlükdən biri övlad sahibi olmaq üçün tibbi dəstəyə ehtiyac duyur. Prof. Dr. Buyru bu artımın səbəbləri arasında karyera planlarını, iqtisadi şərtləri və həyat tərzində baş verən dəyişiklikləri göstərib. O qeyd edib ki, bütün bu amillər cütlüklərin uşaq sahibi olmaq qərarını daha gec yaşlara təxirə salmasına səbəb olur.

Siqaret istifadəsi, piylənmə və hərəkətsiz həyat tərzinin də reproduktiv qabiliyyətə təsir edən amillər sırasında olduğunu vurğulayan professor bildirib: “Qadınlarda reproduktiv qabiliyyət 35 yaşdan sonra azalmağa başlayır. Yumurtalıq ehtiyatı azalarkən yumurtaların genetik keyfiyyətində də pisləşmə müşahidə oluna bilər. 40 yaşdan sonra isə hamiləliyin əldə olunma ehtimalı ciddi şəkildə azalır”.

Süni mayalanma müalicəsində uğurun böyük ölçüdə qadının yaşından və yumurtaların keyfiyyətindən asılı olduğunu bildirən Prof. Dr. Buyru belə deyib: “‘Menopauza dövründə hamilə qaldı’, ‘48 yaşında övlad sahibi oldu’ kimi xəbərlər insanları yanlış istiqamətləndirə bilər. Belə halların əksəriyyətində Türkiyədə qadağan olunan donasiya – yəni başqa qadından alınmış yumurtalardan istifadə etməklə hamiləlik əldə olunması – tətbiq edilir”.

Professor son illərdə yumurta və embrionların dondurulması üsullarına marağın artdığını da qeyd edib. Onun sözlərinə görə, xüsusilə ailəsində erkən menopauza halları olan qadınlar üçün bu üsullar mühüm seçimlərdən biridir.

Prof. Dr. Buyru cütlüklərə məlumat əldə edərkən sosial mediada yayılan məlumatlara kor-koranə inanmaq əvəzinə, elmi mənbələrə və etibarlı həkimlərə müraciət etməyi tövsiyə edib.

O bildirib ki, hamilə qalmaq şansı qadının yaşı, yumurtalıq ehtiyatı, kişinin sperma keyfiyyəti, əvvəlki hamiləlik tarixçəsi və sonsuzluğun müddətindən asılı olaraq dəyişir.

Prof. Dr. Buyrunun sözlərinə görə, müalicəyə başlamazdan əvvəl cütlüyün hər iki tərəfi bütün bu amillər nəzərə alınmaqla kompleks şəkildə qiymətləndirilməlidir.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub